Maraqlı 23.11.2019 08:45

BÜRCLƏR – 23 noyabr

Qoç – Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.

Buğa – Bu mürəkkəb gün hətta ən enerjili Buğaları da yoracaq. Nəinki öz problemlərinizi həll etməli, üstəlik qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da aradan qaldırmalı olursunuz – bu isə həddən artıq bezdirici işdir. Sizin üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat alacaqsınız ki, onunla nə etməyi bilməyəcəksiniz.
Əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri altına düşə bilərsiniz.

Əkizlər – Gün gözlənilməzliklər gətirir – hərdən xoş, hərdən də dərdə salan. Bilirsiniz ki, baş verənləri götür-qoy etmək lazımdır, ancaq heç cür sakitləşə bilmirsiniz. Üstəlik, heç düşünməyə vaxtınız da yoxdur. Yaxşı olar ki, kənardan verilən məsləhətlərə deyil, intuisiyanın səsinə qulaq asasınız.
Evdə özünüzü daha rahat hiss edirsiniz. Uzaq səfərlərə getmək, ekzotik əyləncə mərkəzlərində yeni təəssüratlar axtarmaq məsləhət deyil. İnsanların çox olduğu yerlərə getməyin, kütlə qarşısında çıxışlardan çəkinin.

Xərçəng – Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.
Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr istəməli olacaqsınız.

Şir – Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin.
Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.

Qız – Çətin, amma məhsuldar gündür. Bəzən mənfi tendensiyaların təsiri özünü göstərir, amma siz onlarla mübarizə üçün qüvvənizi əsirgəmir və pis vəziyyətdən çıxış yolunu tez tapırsınız. İşdə uğurlar, karyera pillələri ilə qalxmağınız mümkündür. Bunun üçün təkcə müvəffəqiyyətlərinizi deyil, həmçinin cazibənizi də nümayiş etdirməli olacaqsınız.
Çətinliklər məhz sizin onları heç gözləmədiyiniz yerdə yaranır. Məsələn, dəstəyinə və anlayışına güvəndiyiniz adam özünü tamamilə başqa cür apararaq sizi incidə bilər.

Tərəzi – Mürəkkəb məsələlərə diqqət yetirin – onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.

Əqrəb – Danışıqlar pis keçmir, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz. Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün qənaətə gəlmək olar.
Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.

Oxatan – Maliyyə məsələlərinin həlli və kommersiya fəaliyyəti uğurlu olacaq. Oxatanlar çətin situasiyalarda düzgün qərarlar qəbul edir, rəqiblərinə (hətta onlar hiyləgər metodlardan istifadə etsələr belə) üstün gəlirlər.
Şəxsi həyatınızda da müsbət tendensiyaların təsiri güclüdür: yaxşılığa doğru dəyişiklik mümkündür. Təşəbbüs göstərə, hisslərinizi etiraf edə, nəyi istəyirsinizsə, məhz onu edə bilərsiniz. Dəyərli hədiyyələr, yaxınlarınızdan xoş sürprizlər ala bilərsiniz.

Oğlaq – İşdə problemlər sizin öz günahınız ucbatından yaranır, çünki işdən başqa hər şey barədə fikirləşirsiniz. Hesablarda səhv etməniz mümkündür, danışıqlarda pərtlik yarana bilər,  həmçinin yerinə yetirə bilməyəcəyiniz vədlər verə bilərsiniz. Kütlə qarşısında çıxışlardan çəkinin.
Gün sizi əsl mənəvi bağların birləşdirdiyi insanlarla ünsiyyət üçün daha münasibdir. Səmimi etiraflar edə, sizi çoxdan narahat edən problemlərdən danışa bilərsiniz. Alış-verişə çıxmaq məsləhət deyil, pul sizə hələ lazım olacaq.

Dolça – İntellektual potensialınız çox yüksəkdir. Bu da o deməkdir ki, öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Eksperimentlərə hazırsınız və onlar dedikcə əla nəticələr verir. Maraqlı tanışlıqlar mümkündür. Ola bilsin ki, dostlarınızdan biri sizi doğrudan da gözəl bir insanla tanış etsin.

Təhsil və dünyagörüşünün artırılmasına xidmət edən məşğuliyyətlərə üstünlük verin. Ən adi vərdişlərdə özünüz üçün yenilik tapa bilərsiniz. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.

Balıqlar –  Mənfi tendensiyaların güclü təsirinə baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz. Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir. Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz. Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.
Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir, mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan istifadə etməyə çalışacaqlar. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO