Sosial 23.11.2019 23:44

Sabah üçün çalışarkən, bu günü itiririk… – Tələbə yazır

İnsanlar daima özləri üçün ən idealı istəyir, özlərini hər şeyin ən yaxşına layiq görür və bunun üçün çalışırlar.Təbii ki, həyat bir velosiped kimidir, pedalı çevirdiyiniz müddətcə yıxılmarıq.
Claude Pereer
Bu, sizi daim uğurlara, yeni məqsədlərə sövq edər…. Ancaq bəzən istədikləri üçün mübarizə aparmaq yerinə qarşılarına çıxan ilk əngəldə hər şeyin daha da pis olacağına inanaraq bütün ümidlərini itirər, bəzən isə qarşılarına qoyduqları məqsəd üçün getdikləri yolda itirdiklərini görməzlər. Daha doğrusu, hər zaman əvvəlkindən yaxşı bir sabah üçün çabalayarkən, sabah bu uğurun dadını çıxarmaq əvəzinə, yeni məqsədlərə can atarlar. Hər zaman daha çoxuna nail olmağa çalışan insan oğlu sabahlar üçün bütün bu gün və dünənlərini qurban verər. O, heç vaxt bu günkü  həyatını yaşamaz, uğrunda çalışdıqlarının bu gün onun əlində olduğunu anlamaz, xoşbəxtliyi daim sabahlarda görər. Məncə, həyat anı yaşaya bilənlərə gözəldir. İngilis yazıçısı Oskar Uayldın dediyi kimi, insanların az bir qismi xoşbəxt, bir o qədəri də bədbəxtdir. Yerdə qalan hamısı xoşbəxt görünüşlü bədbəxtlərdir. Bir vaxtlar xəyal kimi gələn arzuların reallaşması onlar üçün heç nə ifadə etmir artıq… Çünki həyatı bir nöqtəyə baxaraq gedirlər və xoşbəxtliyi yolun sonundakı o nöqtədə görürlər. Halbuki insan arzuları bitib tükənməz. Hər gün nəyəsə can atarsan-yeni xəyallara, həyatını gözəlləşdirə biləcək yeni məqsədlərə. Ancaq unudulan nədir? Bu gün qurduğun xəyallar kimi, bir zamanlar xəyalını qurduğun uğurunun vaxtı gələndə artıq sənin üçün heç nə ifadə etməməsi…Ən böyük peşmanlığı da məhz onda yaşayırsan.
  İnsanlar yalnız bir nöqtəyə baxaraq getdikləri həyat yolunda qarşılaşdıqlarının, yaşadıqlarının, keçirdikləri hisslərin arasındakı xoşbəxtlikləri görmürlər… Çünki onlara baxmadan öz hədəflərinə doğru ötüb gedirlər… Bir zaman ayıldıqlarında isə geriyə nə qalır? Görürsən ki, artıq qocalmısan və ” Gənclikdən mənə nə qaldı?” deyə düşünürsən. O uğruna illərini, sağlamlığını verdiyin, özünü incitdiyin xoşbəxtliklərini görmədən keçib getdiyin yolun sonunda nə qaldı? “Dəmiri pas, insanı tamah məhv edər” deyirlər. Ona görə də mükəmməl anı, daha yaxşı bir sabahı gözləmək yerinə hazırda olduğunuz anı mükəmməlləşdirin. Və hər nə olursa olsun, içinizdəki sevinc hissini yaşaya bilin…
Məşhur filosof Oşo deyirdi: “Əlimizdən sevinc hissini alan üç şey var. Keçmişə baxıb heyifsilənmək, gələcəyə baxıb qayğılanmaq, bu günə baxıb şükür etməmək…”.
Çalışın həyatınızı sabahın qayğısını çəkib, keçmişin səhvlərinə ilişib qalmadan doya-doya bu gün üçün yaşayın. Çünki sabah üçün çalışdıqlarınız bu gün üçün itirdiklərinizi geri qaytarmayacaq…
Nübar Kərimova
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO