Maraqlı 24.11.2019 08:45

BÜRCLƏR – 24 noyabr

Qoç – Ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər – bədbinliyiniz getdikcə artır.

Buğa – Günün birinci yarısında həyəcanlanmaq üçün xeyli səbəb yaranacaq. Bunların sırasında müəyyən xəbərlərin alınması, işdə xırda anlaşılmazlıqlar, həmçinin yaxınlarınızla aranızdakı fikir ayrılıqları çoxluq təşkil edəcək. Ancaq günorta alacağınız xəbər şəraitə başqa nöqteyi-nəzərdən yanaşmağınıza imkan verəcək və siz anlayacaqsınız ki, doğrudan da, narahat olmaq üçün heç bir əsas yox imiş.
Sizi bu yaxınlarda incidən, yaxud təşəbbüslərinizi qiymətləndirməyən insanlar öz səhvlərini etiraf edərək üzr istəməyə hazırdırlar. Kinlilik göstərməyə dəyməz, ancaq sağlam düşüncəni də əldən verməyin: tövbə eləyənlərin heç də hamısı səmimi deyil.

Əkizlər – Nəzərə almaq lazımdır ki, yalnız güclə yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika da artıq olmayacaq.
Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.

Xərçəng – Günün birinci yarısı əsl sınaq dövrüdür. Situasiyanı nəzarətdə saxlamaq çətin olacaq, üstəlik, öz emosiyalarınızı da yığıb-yığışdıra bilməyəcəksiniz. Düşünülməmiş qərarlar verməyə və düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu, xeyli macəra yaşamağınıza imkan yaradır, amma bunların heç də hamısı xoş olmayacaq.
Axşam daha yaxşı keçəcək, hər halda özünüzü daha sakit və əmin hiss edəcəksiniz. Vacib, sizə nikbinlik gətirən məlumat ala bilərsiniz. Şəxsi və işgüzar xarakterli maraqlı təkliflər ala bilərsiniz.

Şir –  Gərgin, birmənalı olmayan gündür, hadisələrdən baş açmaq çətindir, onların nəticəsini təxmin eləmək isə bundan da qəlizdir. Əminsiniz ki, hər şey əla bitəcək, amma gözləntilərinizin reallıqla uzlaşıb-uzlaşmadığını düşünməyə ərinirsiniz.
Danışıqlar apara bilərsiniz, amma bir az diqqətli olun, yerinə yetirməyəcəyinizi bilə-bilə vədlər verirsiniz. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar məsləhət deyil. Maliyyə işlərinizi qaydaya salın, əgər borclarınız varsa, hamısını qaytarmağa çalışın.

Qız – Maraqsız gündür. Ciddi münaqişələr yoxdur, ancaq ətrafınızdakılardan (həm işdə, həm şəxsi münasibətlərdə olduqlarınızla) narazılığınız artır. Hələlik özünüzü birtəhər ələ ala bilirsiniz, amma fitil alışıb və partlayış da qaçılmazdır. Müstəqil yerinə yetirə biləcəyiniz işlərdən yapışın. Təhsil üçün münasib gündür, məlumatı yaxşı qavrayırsınız, ancaq müəllim axtarışı elə də asan olmaya bilər.
Sükan arxasında səfərlərdən çəkinin, yolda xoşagəlməz hadisələrlə qarşılaşa bilərsiniz. Enerjiniz azdır, halsızlıq mümkündür.

Tərəzi – Günün emosional fonu xoş deyil, çoxları depressiyaya meyl edirlər. Yaşlı qohumlarınızla, rəhbərliklə münasibətlərdə çətinlik yarana bilər. Uşaqlar və yeniyetmələr üsyana qalxır, müstəqil qərar vermək hüquqlarını müdafiə edirlər. Vacib məsələləri kimsədən kömək ummadan, təkbaşına həll etmək gərəkdir.

Əqrəb – Gün ümumilikdə yaxşı keçəcək. Müsbət tendensiyaların təsiri güclüdür, böyük qələbələr qazanacağınızı hiss edirsiniz və bu, doğrudan da, belədir. İşgüzarlığınız artıb. Odur ki, rəqiblərinizin gücü çatmayan işlərin öhdəsindən  əla gəlirsiniz. Təhlükə bundadır ki, vacib qərarlar verərkən tələsir, heç kimlə məsləhətləşmirsiniz.
Axşam həyati potensialınız azalacaq, yorulduğunuzu hiss edəcəksiniz. Bundan başqa, əsəbi və hövsələsiz olursunuz. Ailədə mübahisələr mümkündür.

Oxatan – Neytral gündür. Vaxtınızı sərf etdiyiniz işlər əhəmiyyətsiz, əldə etdiyiniz uğurlarınız isə solğundur. Yaradıcı potensialınız aşağı səviyyədədir və yaxşı ideya sarıdan korluq çəkirsiniz. Xoşbəxtlikdən, dostlarınız vaxtında və gözəl təkliflərlə kefinizi açacaqlar. Onların təklifini qəbul edə bilərsiniz.
Yaşlı nəslin nümayəndələrinin məsləhətlərini sərbəstliyinizə sui-qəsd kimi qəbul etdiyinizdən aranızda mübahisə yarana bilər. Sərt iradlar söyləməyin, öz mövqeyinizi sakitcə müdafiə edin: incə kinayə effektiv silaha çevrilə bilər.

Oğlaq – Yaxşı gün deyil. Emosiya və ötəri həvəslərinizə böyük önəm verir, sağlam düşüncənin dediklərini isə saya salmırsınız. Gərəksiz xərclərlə itkilər mümkündür. Peşəkar karyeranızın birbaşa asılı olduğu insanla aranızda münaqişə mümkündür.
Tənqidə sərt reaksiya verir, yaxınlarınızın istənilən məsləhət və təklifinə qarşı çıxırsınız. Ətrafınızdakıların aramsız olaraq xətrinə dəyməyinizə baxmayaraq, təklikdə qalmaq da istəmirsiniz. Sizə hakim olan təzadlı istəklər onsuz da çətin olan günü daha da qəlizləşdirir.

Dolça – Ağlınızı başınıza toplayıb, məntiqə əsaslanmayınca bütün işləriniz korlanacaq. Emosiyalara nə qədər çox qapılsanız, hadisələrin axarı bir o qədər sizi məyus edəcək. İş görüşləri pis keçir, danışıqlarda öz mövqeyinizi, maraqlarınızı qoruya bilmirsiniz. Bir çox Dolçalar sonra peşman olacaqları güzəştlərə getməli olacaqlar.
Köçmək, inşaata başlamaq, daşınmaz əmlakın alınması, yaxud icarəsiylə bağlı sövdələr bağlamaq olar. Yeni həyata başlamaq istəyən Dolçalar bu gün arzularına çatacaqlar.

Balıqlar – Günün ilk yarısı xoş keçəcək. Həmin dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək olar – vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq, enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz olmayacaq.
Qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət deyil. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO