İqtisadi 08.04.2019 09:34

Nümayəndələrimiz ABŞ-da istehsalat obyektlərində oldu - FOTO

Aprelin 3-5-də ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə Çikaqo şəhərində keçirilən birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Rakus.az xəbər verir ki, forum çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin daxil olduğu və kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti aprelin 3-də GSI (AGCO) şirkətinin İllinoys ştatında yerləşən taxıl və protein istehsalı sahəsinə aid avadanlıqların istehsal edildiyi müəssisələrə, ayın 5-də isə Ayova ştatının “Cinnamon Ridge Farms” fermasına, eləcə də “John Deere” şirkətinin Molin şəhərində yerləşən mənzil-qərargahına səfər edib.

GSI dünyada taxıl silolarını saxlamaq üçün poladdan çənlər istehsal edən ən böyük şirkətdir. İllinoys ştatının Assampşn şəhərində yerləşən GSİ şirkəti dünyanın 70-dən çox ölkəsinə keyfiyyətli avadanlıq və xidmətlər təqdim edir. GSİ şirkətinin rəhbərliyi Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti üçün təşkil edilmiş turda şirkətin istehsal həcmi, istehsal olunan avadanlığın keyfiyyəti və xüsusiyyətləri haqqında geniş məlumat verib. Nazir GSI şirkəti tərəfindən təklif edilən məhsullarla və istehsal prosesi ilə yaxından tanış olub.

Ayova ştatında yerləşən və ABŞ-ın kənd təsərrüfatı sahəsində aparıcı fermalarından sayılan “Cinnamon Ridge Farms”a səfər zamanı Azərbaycan nümayəndə heyəti ABŞ-ın fermalarında tətbiq edilən mexanizmlər və istehsalat prosesləri ilə tanış olub. Nümayəndə heyətinin üzvləri fermada işlədilən heyvandarlıq, süni mayalandırma, əkinçilik növləri ilə tanış olub, eləcə də Avropa ilə ABŞ-da tətbiq edilən müqayisəli üsullarla bağlı müzakirələr aparıblar.

“John Deere” korporasiyasının mənzil-qərargahına səfər edən nümayəndə heyəti şirkətin təklif etdiyi kənd təsərrüfatı avadanlığı və xidmətlərlə tanış olub. Səfər çərçivəsində nazir İnam Kərimov şirkət rəhbərliyi ilə görüşüb. Azərbaycanda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi haqqında ətraflı məlumat verən İnam Kərimov ölkəmizdə kənd təsərrüfatı texnikaları bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə danışıb.

Görüşdə “John Deere” şirkəti ilə qarşılıqlı texniki tərəfdaşlığın genişləndirilməsi də müzakirə olunub.

Xatırladaq ki, səfər zamanı kənd təsərrüfatı naziri İnam Kərimovu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov müşayiət ediblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO