Sosial 26.11.2019 12:30

İTS üzrə məlumatlandırma sessiyası təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı agentlikdə QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

Rakus.az xəbər verir ki, bu barədə agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Tədbirdə çıxış edən agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, “Regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi” mövzusunda şura ilə birgə keçirilən qrant müsabiqəsinin əsas məqsədlərindən biri də QHT-lərin daha səmərəli və faydalı nəticələrə səbəb olan layihələr icra etməsidir. Onun sözlərinə görə, 12 QHT-nin məlumatlandırma sessiyasında iştirak etməsi şuranın agentliklə birgə keçirdiyi müsabiqəyə olan marağın göstəricisidir.

A.Əhmədova tədbir iştirakçılarına icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin hazırkı vəziyyəti, sistemin üstünlükləri və əhaliyə verəcəyi faydalar barədə ətraflı məlumat verib. O, QHT-ləri icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsulları ilə təmin edəcəklərini deyib və onları sözügedən mövzu ilə bağlı maraqlı layihə təklifləri ilə çıxış etməyə çağırıb.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud şuranın 2020-ci ildə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsi elan etməsinin mühüm yenilik olduğunu vurğulayıb. E.Behbud dövlət orqanları və digər qurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcəyini, QHT-lərin imkanlarını və layihələrin səmərəliliyini artıracağını deyib. Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətin gücləndirilməsi üçün birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır. E.Behbud digər birgə qrant müsabiqələri kimi agentliklə olan müsabiqəyə də ixtisaslaşmış QHT-lərin layihə ilə müraciət etməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin məsləhətçisi Elnur Bağırlı şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizə xidmətindən istifadə qaydalarına dair videoçarxı tədbir iştirakçılarına təqdim edib.

Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb. (Azərtac)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO