Sosial 27.11.2019 15:12

Azərbaycanlı professorun Meksikada yaşayan qızı - FOTO

 

Meksika dünya ölkələri arasında ərazisinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. Burada 130 milyondan çox insan yaşayır. Bu insanların arasında az da olsa azərbaycanlılar var. Bu gün sizə onlardan biri, 1995-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişən əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor, mərhum Tofiq Qafarovun yadigarı- Lalə Qafarzadə haqqında söhbət açmaq istəyirəm…

Qərib olmaq, vətəndən uzaqda yaşamaq maddi çətinlik deyil, mənəvi sıxıntıdır. Bu sıxıntıya qalib gəlmək çətin olsa da, Lalə xanım onu dəf etməyi bacarıb. Uzun illərdir ki, anası Elmira xanımı yanına- Meksikaya aparıb, birlikdə yaşayırlar. Axı Vətən Ana, Ana Vətən deməkdir…

1961-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1978-ci ildə orta təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində başa vurub. 1978-1984-cü illərdə BDU-nun Şərqşünaslıq fakultəsində ərəb və rus dilləri üzrə tərcüməçi və müəllim ixtisaslarına yiyələnib. Bir il əlyazmalar institutunda çalışdıqdan sonra, 1986-1990-cı illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləyib. Arada iki il SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda elmi təcrübə kurslarında iştirak edib. Rusiyada olarkən Moskva Konservatoriyasının tələbəsi, Fernando Karmona adlı bir meksikalı gənclə tanış olublar. 1989-cu ildə ailə qurduqdan bir il sonra Meksikanın Mexiko şəhərinə köçüblər. Amma bu izdivac uzun sürməyib.1996-cı ildə avtoqəza nəticəsində Fernando dünyasını dəyişib…

…Fərhad adında bir oğlu var. 29 yaşındadır. İdman üzrə fotoqrafdır. Hələ ki, ailə qurmayıb…

Lalə xanım Meksikaya gəldikdən sonra üç il övladının tərbiyəsi ilə məşğul olub. 1997-ci ilədək rus dilində fərdi dərslər keçib, tərcüməçilik edib. 1997-ci ildə Meksikanın vətəndaşlığını alaraq, Səudiyyə Ərəbistanın Meksikadakı səfirliyində tərcüməçi işləyib. 2004-cü ilin aprel ayınadək orada çalışıb. 2004-cü ildən bu günədək öz evində ərəb, rus və azərbaycan dillərini tədris edir. Eyni zamanda 2010-2017-ci illərdə “Colegio de Mexico”-nun Asiya və Afrika Mərkəzinin orta şərq bölümündə magistr tələbələrə ərəb dilindən dərs verib. Bütün bunlardan əlavə o, Meksika hökumətinin “Diario Oficial de la Federacion” adlı rəsmi bülletenində ərəb, rus, azərbaycan dilləri üzrə tərcüməçidir…

Deyir ki,- “Bir filoloq kimi apastrof işarəsinin ana dilimizdən yığışdırılmasının əleyhinəyəm. Bunu tamamilə səhv addım hesab edirəm”…

…Nədənsə Meksikada məskunlaşan soydaşlarımızın sayı çox azdır. Bayramlarda görüşüb əlamətdar günləri bir yerdə qeyd etdiklərini, söyləyir. Azərbaycanın Meksikadakı səfirliyinin fəaliyyətindən razı qaldığını, səfirliyin keçirdiyi tədbirlərdə fəal iştirak etdiyini dilə gətirir. İstəyir ki, dünyada, ölkəmizdə həmişə əminamanlıq olsun. İnsanlar xoşbəxt həyat sürsünlər…

Pianoda ifa etməyi, kitab oxumağı xoşlayır. Meksikanın görməli yerlərini ziyarət etməkdən zövq alır. Asudə vaxtlarını təbiət qoynunda keçirməyə can atır…

P.S. Azərbaycanın ən ünlü qadınlarından biri, mərhum Elmira Qafarova onun dost-doğma bibisi olub. Bibisi uzun illər dövlət qulluğunda, mühüm postlarda çalışıb. İdarəetməni, təşkilati məsələləri dərindən bilib. İnanırıq ki, Lalə xanım da Meksikada məskunlaşan soydaşlarımızı bir araya toplayıb, Azərbaycan naminə yorulmadan işlər görəcək. Axı harada bir azərbaycanlı varsa, orada Azərbaycan da var…

Elman Eldaroğlu,
[email protected]

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO