Cümşüd Nuriyev saxta veteran vəsiqəsi gəzdirir – Qarabağ Qazisi
“Cümşüd NuriyevAzərbaycan Ordusunda, özünümüdafiə dəstələrinin birində də qulluq etməyib, o saxta veterandır”.
Rakus.az xəbər verir ki, bunu Qarabağ qazisi Vaqif Əlisoy bildirib.
O, Cümşüd Nuriyevin Azərbaycan qadınlarını təhqir etməsini insanlığa sığmayan hərəkət adlandırıb:
“Mənə bir az əvvəl olar ki, Cümşüd Nuriyevin dünən AzTV-dəki çıxışının videosunu yollayıblar. Verilişdə Xanım Xəlilovanın başçılığı altında AXC-nin qadın batalyonun yaradılması haqqında danışıb. Orada olanların guya ki, ərindən boşanmış, küçə qadınları olduğunu deyib, ümumilikdə isə Azərbaycan qadınlarını ağır formada təhqir edib. Erməniləri başa düşdük, Cümşüd Nuriyevi, bu verilişi yayımlayan AzTV-ni necə başa düşək?
Tam məsuliyyətimlə deyirəm ki, Fizulidən Zəngilana qədər olan bölgədə qadın batalyonu olmayıb. Orada Xanım Xəlilovanın batalyon üzvündən bir nəfərə də rast gəlməmişəm. Qarabağda döyüşmüş komandirlərdən biri də deməz ki, Azərbaycanın özünümüdafiə dəstələrində qadın batalyonu var idi. Qadınlardan ibarət qruplar olurdu ki, onlar da əsgərlərimizin paltarların yuyub, yeməklərini bişirirdilər, yaralı əsgərlərin qayğısına qalırdılar. Bu qadınları ərindən boşanmış, küçə qadını adlandırmaq şərəfsizlik, alçaqlıqdır. Cümşüd Nuriyev özünü Qarabağ veteranı kimi təqdim edir. Buradan bütün Qarabağ veteranlarına müraciət edirəm: Əziz qardaşlar, Cümşüd Nuriyev hansınızla döyüşüb, hansı batalyonda olub?. Cümşüd NuriyevAzərbaycan Ordusunda, özünümüdafiə dəstələrinin birində də qulluq etməyib. 1993-cü ildən bu günə qədər saxta “Qarabağ veteranı” kimi dövlətdən müvainət alaraq mənisməyib. İkinci tərəfdən mən Cümşüd Nuriyevdən soruşuram: 1992-ci il Cəbrayılda sülh əməliyyatı ərəfəsində sən, mən – Vaqif Əlisoy, Rəşid Məmmədov Polis İdarəsinin qarşısında söhbət edirdik. Niyə oradan qaçdın, əməliyyatda iştirak etmədin? İndi də “Qarabağ veteranı” kimi danışıb qadınlarımızı təhqir edirsən”.
V.Əlisoy Cümşüd Nuriyevin bu təhqirinin eyni zamanda o vaxtlar orduda tibb bacısı, snayper kimi xidmət edən qadınlara yönəldiyini bildirib:
“Camaat evində uşaqlarını qoyub gedib səngərdə əsgər xilas edib. Elə bir tək “Qarabağın Həcəri” adlandırılan Səbirə Mahmudovanın atılan dırnağı Cümşüd Nuriyevdən daha qiymətlidir. Bütün Qarabağ qazilərini çağırışa səsləyirəm ki, Cümşüd Nuriyevin saxta “Qarabağ veteranı” vəsiqəsin ləğv olunması üçün ayağa qalxsınlar. Qoy o, indiyədək aldığı müavinəti dövlətə qaytarsın. Cümşüdə deyirəm ki, “Azərbaycan qadınına nə demisənsə, sənin öz ailə üzvlərinə aid edirəm. İstənilən media orqanında da səninlə debata çıxıb həmin qadınların kim olduğunu sənə sübut edə bilərəm”. (Modern.az)