İqtisadi 27.11.2019 16:50

Yenə böhran olacaqmı…? – TƏHLİL - FOTO

“Gəzən söhbətlərin və baş verən hadisələrin hələ də ciddi əsası yoxdur…”

Bu sözləri ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı Jozef Stiqliç mətbuata verdiyi çıxışında deyib.

Doğrudan da, illik proqnozları əsaslı şəkildə təhlil etsək, görərik ki, 2020-ci il heç də qorxunc portretlə qarşımıza çıxmayacaq.

Ekspertlərin fikrincə, an az sürətə malik inkişafı olacaq ABŞ-ın gələn il üçün 1.9%-lik artımla yadda qalma ehtimalı var. Çinlə ABŞ arasında mövcüd ticarət müharibənin səthi təsiri altında Çin iqtisadiyyatı yenə də 5-6%-lik artımla 2020-ci ili yola salma gücünə malik olacaq.

Bu ilin dekabr ayında Rusiyadan Çin bazarına daxil olacaq “Sibir Gücü” adlı qaz-boru xətti Çin iqtisadiyyatı üçün ciddi müsbət dönüşə səbəb olacaq.

Qeyd etməliyik ki, bu nəhəng qaz xətti Rusiya iqtisadiyyatı üçün də olduqca müsbət iqtisadi artımın mövcüd olmasına səbəb ola bilər. Belə ki, bu iqtisadi lahiyənin əsas gücü Rusiya iqtisadiyyatının Qərb iqtisadiyyatında asılılığını azaltma dərəcəsinə səbəb olacaq.

Bu gün Avropa Rusiyadan qaz alışını dayandırma hədəsi ilə sanksiyaları tətbiq etməkdədir. Lakin, yaxın gələcək Rusiya iqtisadiyyatı üçün də başqa yolun, Asiya yolunun mövcüdluğundan xəbər verir və ölkənin iqtisadi durumunda ciddi müsbət halların baş verməsini vəd edir.

Təkcə Rusiya ilə Çin arasında yaxın gələcəkdə 70-dən artıq iri layihələndirmənin baş tutacağı təqdirdə 112 mlrd ABŞ dollarının dövriyyəyə daxil olmasına dəlalət edir. Əlbəttə ki, bu həcmlik dövriyyədə iqtisadi artımın mövcüdluğu qaçılmazdır…

ABŞ-da bu günlərdə baş tutan Beynəlxalq İqtisadi Forumda qeyd olunduğu kimi, ümumiyyətlə, dünya iqtisadiyyatı bu il üçün 1.7%-lik artımla yadda qalmaqdadır, bu inkişaf etmiş ölkələrin payına düşür. İnkişaf etməkdə olan ölkələr üçün isə, bu rəqəmi 3.9%-lik rəqəmlə əvəzləmək mümkündür. Lakin Forumun aparıcısı Qita Qopinatın sözlərinə görə, əgər ABŞ və Çin arasında mövcüd olan iqtisadi baryerlər qismən də olsa aradan qaldırılsa, ümumilikdə dünya iqtisadiyyatında artım daha böyük rəqəmləri izləyəcək.

Avropa ilə qismən pessimist xəbər Avropa Komissiyasından daxil olmaqdadır. Belə ki, Avrozonaya daxil olan bir sıra ölkələr, o cümlədən Belçika, Sloveniya, Portuqaliya, Fransa, Finlandiya və digərləri, 2020-ci il üçün Avrokomissiyanın stabillik və artım proqramına zidd getmə ehtimalları var. Yəni ehtimalla bu sadalanan dövlətlərdə 2020-ci il üçün ciddi artımın müşahidə olunmayacağı, əksinə hər hansı tənəzzüllə üzləşmə ehtimalları mövcüd ola bilər.

Lakin qeyd etmək lazımdır ki, ötən il də Avrokomissiya Fransa kimi ölkələrdə 2019-cu ilin heç də ürəkaçan olmayacağını qeyd etmişdi. Lakin Böyük Britaniyanın Avropa İttifaqınıtərk etmə xəbəri, Fransanı Avrozonanın ikinci ölkəsi etməyinə səbəb olmuş və Almaniyadan sonra liderliyini qorumaqdadır.

Sadəcə, Avrozonanı narahat edən məsələ bu kimi dövlətlərdə dövlət borclarının ÜDM-dən biraz artıq olmasıdır. Bu rəqəm isə ümumilikdə ÜDM-in 60%-ni ötməməlidir.

Bu arada, Prezident Emanuel Makronun fikirləri də böyük rəğbətlə qarşılanmasıdır. Onun fikirlərinə görə, Avrozonanın xilas nöqtəsi, ümumi bir Avrozona büdcəsinin yaradılması, ümumi bir maliyyə qurumunun yaradılması və hər bir iqtisadi layihənin vahid Avropa Parlamenti tərəfindən idarə olunmasıdır.

Bütün bunlar əsas verir ki, hər bir dövlət ciddi şəkildə 2020-ci il üçün iqtisadi artıma sövq etsin. Çünki, 2008-2013-cü illərdə yaşanan maliyyə böhranı ilə müqayisədə 2019-cu il istər ABŞ, istər Çin, istərsə də Avrozona üçün heç də müsbət izlə yadda qalmadı.

Ümid edirik ki, növbəti il ümumilikdə dünya iqtisadiyyatı üçün daha da müsbət çalarları ilə yadda qalacaq, eyni zamanda mövcüd olan ticari baryerlər, iqtisadi sanksiyalar qismən də olsa aradan qalxacaq və rahat bir dünya olacaq.

Qafar Əliyev – iqtisadçı ekspert 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO