Təhlil 27.11.2019 23:39

Kral ailəsinin böhranı – şahzadə Endrünün əndişəsi – TƏHLİL - FOTO

Böyük Britaniyanın kral ailəsi 1990-cı illərdə şahzadə Diananın boşanması və ölümündən bəri ən böyük böhranla üzləşir.

Rakus.az xəbər verir ki, Kraliça Elizabetin ikinci oğli şahzadə Endrü bu yaxınlarda televiziyada verdiyi müsahibə səbəbilə üzləşdiyi tənqidlərdən sonra ictimai vəzifələrindən geri çəkildiyini elan edib. Müsahibədə şahzadəyə ABŞ maliyyəçisi və avqust ayında Nyu-York həbsxanasında özünü öldürən və cinsi zorakılıqda ittiham olunan Ceffri Epstinlə dostluğu barədə sual veriilib. Bu arada şahzadə Harri və həyat yoldaşı Meqan Markl da mətbuatın həyatlarına müdaxiləsi ilə mübarizə aparandan sonra ictimai həyatdan geri çəkilməyə qərar verib.

Şahzadə Endrü ictimai vəzifələrindən əl çəkdiyini elan edəndən bəri ilk dəfə olaraq bu yaxınlarda Vindzor Sarayında görünüb.

Onun bu addımı atmasına səbəb bir müsahibə zamanı ona cinsi zorakılıqda ittiham olunan amerikalı Ceffri Epstinlə dostuğu və Epstin məhkum olunandan sonra onun evində qalmasının səbəbi barədə sual verilməsi olub.

Britaniya şahzadəsi Endrü

“Mən gedib, onu görüb, onunla danışmalı idim”, – şahzadə Endrü cavab verib.

Kral ailəsi üzrə təhlilçi Riçard Fitzvilyamsın sözlərinə görə, şahzadə Endrünun Epstinin qurbanlarına qarşı mərhəmətinin olmaması şokedici idi.

“Bu onun tamaşaçılarından və fikrimcə, reallıqdan tamamilə uzaq olduğunu göstərdi. O, ictimai vəzifələrindən əl çəkməli idi, çünki o, artıq ziyan vururdu”, -Fitzvilyams söyləyir.

Epstinin qaçaqmalçılıq qurbanlarından biri olduğu deyilən bir qadın 17 yaşında ikən şahzadə ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edib. Endrü dəfələrlə bu ittihamları rədd edib və ABŞ müstənqilərini dəlillərlə təmin etməyə hazır olduğunu söyləyib. Fitzvilyams isə deyir ki, Endrü daha öncə də kral ailəsinə utanc verib.

“Onun Sara Ferqusonla olan evliliyi. Sara kral ailəsinin fəlakətli üzvü idi və onlara bir neçə utandırıcı anlar yaşatmışdı”, Fitzvilyams deyir.

Ceffri Epstin
Ceffri Epstin

Kral ailəsinin üzvü kimi sahib olduğu imtiyazlaran sui-istifadə edən şahzadədən hər şeyi daha diqqətlə yoxlayan şahzadəyə keçək.

Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl mətbuatın onların həyatlarına müdaxiləsindən dəhşətə gəldiklərini söyləyiblər və hətta bir neçə qəzeti bu səbəblə məhkəməyə veriblər.

“Onlar sadəcə olaraq kimlikləri səbəbilə etdikləri hər şeyə olan qlobal maraqla mətbuat arasında müəyyən əlaqələrin olacağını qəbul etməlidirdlər”, – Fitzvilyams deyir.

Kraliça Elizabetin həyat yoldaşı yanvar ayında avtomobil qəzasına uğrayan zaman da kral ailəsi istənməyən diqqətə məruz qalmışdı.

Bundan əlavə kral ailəsi sentyabr ayında Brexit məsələsinə də cəlb edilmişdi. Belə ki, Ali Məhkəmə baş nazir Boris Consonun kraliçadan parlamentin işini təxirə salmasını istəyəndə onu yanlış yönəltdiyinə dair qərar çıxarıb.

Şahzadə Harri və Meqan Markl
Şahzadə Harri və Meqan Markl

“Bu, kral ailəsi üçün dəhşətli, 1990-cı illərdən bəri ən pis il oldu. Amma kral ailəsi müşavirləri və mətbuat katibləri ilə məsləhətləşsə və əgər Harri ilə Meqan kral ailəsinin üzvləri olaraq onları xoşbəxt etməyin bir yolu olduğuna inandırılsa, gələn ilin də belə keçməsinə səbəb qalmayacaq”,- Fitvilyams söyləyir.

Kraliça Milad Günü zamanı televiziyada yayımlanan çıxışında bu çətin ilə son qoymağa çalışacaq.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO