Maraqlı 28.11.2019 08:45

BÜRCLƏR – 28 noyabr

Qoç – Maliyyə məsələlərinin həlli və büdcə planlaması üçün uyğun gündür. İşgüzar intuisiyanız çox güclüdür. Bir baxışdan hansı layihənin perspektivli, hansının uğursuz olduğunu dəqiq təyin edirsiniz. Rəyinizi hətta çox təcrübəli insanlar da dinləyirlər. Peşəkar mövqelərinizin möhkəmləndirilməsi üçün münasib gündür.
Dünyagörüşünüzü genişləndirin. Yeni məlumatlar öyrənməyə çalışın. Bir çox Qoçlar ətrafdakılarla ünsiyyətlərinə başqa rakursdan baxmağa çalışacaq və gələcək barədə planlarına dəyişikliklər edəcəklər.

Buğa – Risk etməyə, taleyinizi sınağa çəkməyə meyllisiniz. Xoşbəxtlikdən, bunun nəticələri pis olmayacaq, gözlədiyinizdən daha çox bəxtiniz gətirir. Maliyyə işlərində uğurlar mümkündür, sərfəli sövdələr bağlaya bilərsiniz. Gözləmədiyiniz mənbədən pul daxil ola bilər.
Əməyinizin dərhal mükafatlandırılacağını gözləməyin: hazırda gələcək uğurlarınızın bünövrəsini qoyursunuz. Yeni ortaqlarınızla əməkdaşlığınız məhsuldar olacaq. Bu gün başlanan romantik tanışlıq uzun sürməsə də, həyatınızı dəyişdirəcək.

Əkizlər – Çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların məsləhətlərini dinləyin.
Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət deyil. Ailə problemləri çox diqqət tələb edəcək. Təsadüfi tanışlıq sizdə güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə çevrilməsi şübhə doğurur.

Xərçəng – Hissiyyatlı adamların həyatı sürətlə dəyişir, əvvəlki şübhələr və məyusluqlardan əsər-əlamət qalmır. Zəhmət çəkin – bəhrəsini görün!
İmkanlar inanılmazdır, sadəcə, öz gücünüzə inanmağınız yetər. Uzunmüddətli planları dəqiqləşdirmək lazım gəlir. Bu, ümumilikdə faydalıdır. Maliyyə və əmlak məsələlərinin uğurlu həlli mümkündür.

Şir –  Uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür – bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.

Qız – Bu günün hadisələri çoxdan qarşınıza qoyduğunuz məqsədlərə doğru bir pilləkən olacaq. Ancaq ona bu qədər yaxın olmağınız sizi o qədər də sevindirmir: son dövr ərzində prioritetləriniz dəyişib və indi sizə tamamilə başqa şeylər lazımdır. Dayanmayın: doğrudan da ehtiyacınız olan bir şeyi əldə etmək üçün gözəl şansınız var.
Tikintiyə başlamaq, yaxud daşınmaz əmlak almaq, kirayə etmək olar. Yaxınlarınız ev işlərində sizə kömək edir, hətta bəzən şəxsi həyatınıza da müdaxilə edirlər. Münaqişə yaranmasını istəmirsinizsə, bunlara yumorla yanaşın.

Tərəzi – Mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.

Əqrəb – Bu gün inanılmaz addımlar atmağa qadirsiniz. Nə stereotiplər, nə adət-ənənələr, nə də ətrafınızdakıların xahiş-minnəti sizi fikirləşdiyinizi etməkdən döndərəcək. Həyatınız kökündən dəyişəcək, bu sizi sevindirəcək. Bu gün işiniz çox olacaq. Mükafatı tezliklə alacağınızı gözləməyin.
Dövlət orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasib gündür. Şəxsi biznesinizi açmaq barədə məsələləri yoluna qoya biləcəksiniz. İstənilən görüş yaxşı keçəcək.

Oxatan – Vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.
Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri alış-veriş etmək məsləhət deyil.

Oğlaq – Ünsiyyət üçün xoş gündür. Başqalarının istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.

Dolça – Strateji məsələlərin həlli və uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz. Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.

Balıqlar – Parlaq, maraqlı gündür. Maraq doğuran təkcə baş verən hadisələr deyil, sizin onlara münasibətinizdir. Sabit emosional fon gün ərzində gözəl əhvalı qoruyub saxlamağınıza kömək edəcək. İntuisiyanız isə kiminlə iş görüb, kimdən kənar gəzməyi sizə düzgün diktə edəcək.
Kommersiya fəaliyyəti üçün münasib gündür: bağlanılan sövdələr uğurlu olacaq. Əyləncəli tədbirlərə qatılmaq məsləhətdir. Əgər kinoya gedəcəksinizsə, ciddi dram əvəzinə komediyaya üstünlük verin. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO