Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, S.İsmayılov bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş üzrə söbəsinin müdiri vəzifəsində işləyib.
Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, F.Əliyeva bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
Rakus.az xəbər verir ki, yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır.
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.
Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Rakus.az xəbər verir ki, sərəncama əsasən, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
17:43
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib.
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.
17:40
Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
17:38
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
Rakus.az xəbər verir ki, yeni şöbə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlanır.
Prezident İlham Əliyevin sərəncamı ilə Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Bir qədər əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yeni vəzifə verilib.
Rakus.az xəbər verir ki, o, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, bu gün dövlət başçısı Prezident Administrasiyasının yeni strukturunu təsdiq edib.
Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, Anar Sahib oğlu Ələkbərov bu vəzifəyə qədər Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2013-cü ildə Fransanın “İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.
2014-cü il fevralın 21-də Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif edilib. “Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub. (Report)