Sosial 29.11.2019 21:33

Bakıda Akselerator Laboratoriyası açıldı

Noyabrın 29-da BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olub.

Rakus.az xəbər verir ki, açılış mərasimində hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq ictimaiyyət nümayəndələri iştirak ediblər.

Akselerator Laboratoriyası iqlim dəyişikliyi, yoxsulluq və artmaqda olan bərabərsizlik halları kimi qlobal problemlərin yeni həll yollarını sınaqdan keçirmək və dəyərləndirmək üçün dünyanın 78 ölkəsində fəaliyyət göstərən 60 laboratoriyadan ibarət şəbəkəyə qoşulacaq.

BMTİP, Almaniya və Qətər Fondu tərəfindən dəstəklənən bu laboratoriyalar XXI əsrdə inkişafın sürətlə dəyişən reallıqlarına cavab vermək üçün real vaxtda əldə edilən məlumatların yeni mənbələri və sınaqlarla birgə yerli ideyaları bir araya gətirəcək.

Tədbirdə çıxış edən BMTİP-nin rezident nümayəndəsi Alessandro Frakassetti bildirib: “Bizim 2030-cu ilədək 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün cəmi 10 il vaxtımız var. Buna görə də burada sürət vacib məqamdır. Məqsədlərə nail olmaq istiqamətində tələb olunan sosial və iqtisadi dəyişikliklərə başlamaq üçün biz daha dərin, sürətli və daha məqsədyönlü tədbirlər görməliyik. Akselerator Laboratoriyası bu təxirəsalınmaz tələbi yerinə yetirmək üçün BMTİP tərəfindən görülən tədbirlərin bir hissəsidir”.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq çıxışında bu qlobal təşəbbüsdə BMTİP ilə tərəfdaşlıq etməkdən qürur duyduqlarını bildirib: “Bu şəbəkə əməkdaşlıq üçün yeni, hər bir millət və hər bir fərddən iştirak tələb edən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün xidmət edəcək. Bu laboratoriyalar XXI əsrdə inkişaf problemlərini həll etmək üçün yeni imkanlarla, iqlim dəyişikliyi, idarəçilik və yoxsulluğun azaldılması sahəsində BMTİP-nin uzunmüddətli təcrübəsindən bəhrələnəcək. Qlobal səviyyədə inkişafla bağlı xidmətlərə yenidən nəzər salmaq üçün missiyamıza kömək etmək məqsədilə 150-dən çox alim, layihəçi və etnoqraf bu laboratoriyalara qoşulur”.

Sonra çıxış edən Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab deyib ki, laboratoriyalar yaranmaqda olan və sürətli inkişaf trendlərini, ideyalarını ortaya çıxararaq geniş çərçivədə işləməklə 2030 Gündəliyinə daha yüksək templə nail olmağa xidmət edəcək.

Azərbaycanda artıq ağıllı şəhərlər, şəhər inkişafı, aqrobiomüxtəliflik, nəqliyyat, informasiya texnologiyaları və səhiyyə kimi sahələrdə innovativ həll yollarının xəritələşdirilməsi üçün tədqiqatçılardan, xəritələşdirmə və sınaqdankeçirmə üzrə mütəxəssislərdən ibarət yerli qrup təsis olunub.

Qrup ölkədə iş yerlərinin yaradılmasına, yeni vərdişlərin inkişaf etdirilməsinə və əlilliyi olan insanların yaşayışının yaxşılaşdırılmasına kömək edə bilən həll yollarının müəyyənləşdirilməsi və önə çəkilməsi üçün yerli əhali, həmçinin innovatorlarla birgə fəaliyyət göstərəcək, hökumət, beynəlxalq tərəfdaşlar və özəl sektor ilə əməkdaşlıq edəcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO