Bu gün AVRO-2020-nin püşkü atılacaq
Bu gün AVRO-2020-nin final mərhələsinin püşkatması olacaq.
Rakus.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Püşkatma zamanı 24 iştirakçısı hər birində 4 komanda olmaqla, 6 qrupa bölünəcək. Bu komandalardan 20-nin adı dəqiqləşib. Ən zəif 2 yığmanın yer aldığı sonuncu səbətə pley-offun qalibləri də qoşulacaq.
1-ci səbət
Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət
Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət
Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət
Uels, Finlandiya, pley-offdan gələcək 4 komanda
Xatırladaq ki, turnir gələn il iyunun 12-dən iyulun 12-dək 12 şəhərdə baş tutacaq. Bu şəhərlər arasında Bakı da var.