“Mister Tum”dan “3 al, 2 ödə” kampaniyası başladı - FOTO
“Mister Tum”dan “3 al, 2 ödə” kampaniyası başladı.
Rakus.az xəbər verir ki, Bizim Marketlər şəbəkəsindən 70 qramlıq “Mister Tum HD” və 70 qramlıq “Mister Tum Klassik” alana “Mister Tum MİX” hədiyyə olunacaq.
Kampaniya dekabrın 10-dək qüvvədədir.
Şirkətin Baş dirktoru Azər Kərimov bildirib ki, “Mister Tum” 2007-ci ildə yarandığı vaxtdan günəbaxan tumlarının istehsalı və satışı ilə məşğul olan, sabit və dinamik inkişaf edən şirkətdir. Alıcılarımızın istək və tələblərini ödəmək bizim əsas prinsipimizdir. Buna görə də şirkətimiz daim yeni məhsul çeşidlərinin istehsalını və yeni, bir-birindən tam fərqli uduş kompaniyalarını həyata keçirir.
Onun sözlərinə görə, bundan əvvəl, bu il mayın 29-da Bakıda keçilən Avropa Liqasının final oyunu ərəfəsində də möhtəşəm kampaniya təşkil olundu. “Arsenal” – “Çelsi” komandalarının Bakı Olimpiya Stadionunda qarşılaşması zamanı yerli və xarici futbol azarkeşləri “MisterTum” ailəsinin çərəzlərindən daddılar.
Xatırladaq ki, tumların lideri olan, hamımızın çox sevdiyi və hər zaman süfrəsində və cibində olan MİSTER TUM-un bu il noyabrın 11-də 12 yaşını qeyd edib. Dadı, çoxçeşidliyi, iriliyi, ekoloji təmizliyi və hazırlanma texnologiyası ilə seçilən MİSTER TUM ötən illər ərzində Azərbaycan və digər ölkələrin bazarında yerini qoruyub saxlamaqla, istehsal gücünü artırıb. MİSTER TUM tumlarla bərabər müxtəlif növ çərəzləri, noğulu, şəkəri də bu brend adı ilə qablaşdırıb daxili və xarici bazara ixrac edir.