Mətbuat 01.12.2019 15:38

ÜMŞA nümayəndə heyəti Naxçıvanda KİV-lərin fəaliyyəti ilə tanış oldu - FOTO

Ümumdünya Mətbuat Şuraları Assosiyasının (ÜMŞA) üzvləri dekabrın 1-də Naxçıvanın tarixi ənənələrə malik “Şərq qapısı” qəzetinin və eyni adlı nəşriyyatın, həmçinin Naxçıvan Dövlət Televiziyasının və “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyəti ilə tanış olublar.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Facebook”  səhifəsində məlumat verib.

O bildirib: “Sevindirici haldır ki, 1921-ci ildə nəşr başlamış “Şərq qapısı” ənənələrinə sadiqdir. Burada müasir texnologiyaların tətbiqi və işə yaradıcı yanaşmanın çulğalaşdığını gördük. Həftənin beş günü işıq üzü görən nəşrin müxtəlif sahələr üzrə ixtisaslaşmış yüksək kadr potensialı var. Qəzetin elektron versiyası və daim yenilənən saytı var. Təqdirəlayiq haldır ki, nəşr üçün kadrlar Naxçıvan Dövlət Universitetinin jurnalistika fakultəsindən, özü də ilk kurslardan başlayaraq seçilir və təcrübə keçdikdən sonra işə dəvət olunur. Bu, jurnalistika işinə həm önəm verilməsinin, həm də sistemli yanaşılmasının göstəricisidir. “Şərq qapısı” nəşriyyatında Naxçıvanda fəaliyyət göstərən qəzetlərlə yanaşı, kitablar, müxtəlif ciddi sənədlər yüksək keyfiyyətlə nəşr olunur. Dünya standartlarına cavab verən müasir avadanlıqlar nəfis tərtibatlı nümunələrin ərsəyə gəlməsinə imkan verir.

Naxçıvan Dövlət Televiziyası Azərbaycanda ilk dəfə rəqəmsal yayıma keçmiş telekanaldır: “Burada diqqətimizi əsasən Naxçıvan Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunlarından, habelə tələbələrindən ibarət kadr potensialı, ən müasir texnoloji vasitələrin tətbiqi çəkdi. Televiziyaya ziyarətimiz xoş təəssürat zənginliyi ilə yadda qaldı. Çünki işə məsuliyyətli münasibət hər addımda hiss olunmaqdadır. İstər proqramların mövzu seçimi, istərsə də səhnə-dekorasiya və studiya tərtibatları mükəmməl səviyyədədir. Ən əsası isə burada milli-mənəvi dəyərlərə sadiqliklə peşəyə sevgi ruhunun vəhdəti var. Heç şübhəsiz, telekanal daha da inkişaf etməli, əldə olunanlarla kifayətlənməməlidir. Rəhbərlik və kollektiv bunu əməli şəkildə dərk edir. Yeri gəlmişkən, Naxçıvan televiziyası ansamblının xalq və bəstəkar mahnıları ilə zəngin repertuarı xarici qonaqlarda və bizdə misilsiz xoş ovqat yaratdı.

“Nuhçıxan” İnformasiya Agentliyi hələ gəncdir. Cəmi iki ilə yaxındır fəaliyyətdədir. Agentlikdə ciddi işgüzar ab-hava hökm sürür. Bu isə onu deməyə əsas verir ki, agentliyin uğurları özünü çox gözlətməyəcək”.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası üzvlərinin Naxçıvana səfəri davam edir.

Xatırladaq ki, nümayəndə heyətinə ÜMŞA-nın rəhbəri Sule Alet, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik edirlər. ÜŞMA üzvləri noyabrın noyabrın 30-da Naxçıvandakə xəstəxanada Krımda Simferopol Dövlət Radiosunun Azərbaycan proqramının qurucusu və rəhbəri Həbib Ağayevi ziyarət edib, Heydər Əliyev muzeyi ilə  tanış olublar. Həmçnin Naxçıvan Dövlət Universitetində, universitetin jurnalistika fakultəsində tələbə-gənclərlə görüşüblər.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO