“Qızıl buta”nın mükafatlandırma mərasimi olacaq
Dünya Azərbaycanlılarının İctimai Maarifləndirmə Mərkəzi (DAİMM) 2019-ci ilin yekunlarına dair “Qızıl buta” mükafatının təqdimat mərasimini keçirəcək.
Rakus.az xəbər verir ki, DAİMM-nin sədri Zaur Mirzəzadə bildirilib ki, ənənəvi olaraq artıq 10 ildir müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirlər.
“Builki sorğu dekabrın 2-dən 17-dək keçiriləcək. Sorğu anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİMM-in kordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər “Qızıl buta” mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükafatlandırılacaqlar”, – deyə Z.Mirzəzadə söyləyib.