Təhlil 02.12.2019 23:39

Demokratların hücumu – Tramp dinləmələrə gedəcəkmi? – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp bu həftə demokratların impiçment araşdırmasında diqqəti faktların araşdırılmasından Ukrayna ilə münasiblətlərdə yanlış davranışla bağlı mümkün ittihamlara yönəltdiyi bir vaxt iki möhlətlə qarşılaşır.

Rakus.az xəbər verir ki, demokratların nəzarətində olan Nümayəndələr Palatasında impiçment maddələrinin nəzərdən keçirilməsinə görə məsuliyyət daşıyan Ədliyyə komitəsi çərşənbə günü keçiriləcək impiçment dinləmələrində ya prezidentin özünün, ya da onun nümayəndəsinin iştirak edib-etməyəcəyi ilə bağlı cavab vermək üçün Trampa bazar günü axşam saat 6-ya qədər vaxt verib.

Ədliyyə komitəsində keçiriləcəyi gözlənilən dinləmələrdə adları daha sonra açıqlanacaq ekspertlər qrupu ABŞ konstitusiyası ilə nəzərdə tutulmuş impiçment prosesi ilə bağlı ifadələr verəcək.

Trampa qarşı rəsmi ittihamların hazırlanmasına görə məsuliyyət daşıyan komitədəki dinləmələr mümkün ittihamların irəli sürülməsi istiqamətində mühüm addımlardan biridir. Son qərarı verəcək Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi prezidentin impiç edilib-edilməməli olduğu barədə hələlik bir söz deməyib. Lakin Pelosi keçən həftə tərəfdarlarına məktubunda prezidentin hərəkətlərinə görə məsuliyyətə cəlb olunmasına çağırıb.

Tramp hər hansı yanlışlığa yol verildiyini rədd edərək, impiçment prosesini “ifritə ovu” adandırıb. Ağ Ev komitənin işində iştirak edib-etməyəcəyini hələ açıqlamayıb.

Ədliyyə komitəsinin sədri Cerold Nadler isə Trampa gələn həftə keçiriləcək dinləmələrdə ona qarşı dəlillərin nəzərdən keçirildiyi zaman müdafiə olunub-olunmayacağını bildirmək üçün cümə günü axşam saat 5-ə qədər vaxt verib.

 

Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin rəhbəriyi ilə üç heyətin bu həftə rəsmi hesabatı təqdim edəcəyi gözlənilir. Bu hesabatda Nümayəndələr Palatasının Kəşfiyyat, Xarici Əlaqələr və Nəzarət komitələri tərəfindən əldə edilmiş dəlillər göstəriləcək.

Konqresin təhqiqatçıları Trampın Ukraynaya 2020-ci il ABŞ prezident seçkilərində namizədliyini irəli sürmüş keçmiş demokrat vitse-prezident Co Baydenlə bağlı təhqiqat aparmaq və 2016-cı il seçkilərinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etdiyinə dair nəzəriyyə ilə bağlı təzyiq göstərərək, səlahiyyətlərindən sui-istifadə edib-etmədiyini araşdırır.

Nümayəndələr Palatasının Ədliyyə komitəsi növbəti iki həftə ərzində impiçment maddələrini səsverməyə çıxara bilər. Bu isə bu ilin sonuna qədər Nümayəndələr Palatasında tam tərkibdə impiçmentlə bağlı mümkün səsverməyə yol aça bilər.

Əgər Nümayəndələr Palatasında Trampın impiç edilməsi ilə bağlı qərar çıxarılsa, o zaman Respublikaçıların nəzarətində olan Senatda keçiriləcək məhkəmə prosesində prezidentin vəzifədən kənarlaşdırılıb-kənarlaşdırılmaması ilə bağlı qərar verilməlidir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO