İqtisadi 03.12.2019 21:33

TANAP yeni bir mərhələyə qədəm qoyub – ekspert

“Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi və onun xüsusi elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) yeni bir mərhələyə qədəm qoyub”

Rakus.az xəbər verir ki,  bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, TANAP artıq Avropa sərhədinədək uzanıb: “Bu isə o deməkdir ki, Azərbaycan təbii qazı yalnız Türkiyəyə deyil, Avropa bazarına nəql etmək imkanlarına nail olub. Trans-Adriatik qaz boru kəməri layihəsinin (TAP) icrasının 90 faiz yerinə yetirilməsi ondan xəbər verir ki, növbəti il Azərbaycan qazının Avropa bazarına çıxarılması praktik olaraq reallaşacaq”.

Onun sözlərinə görə, TANAP Azərbaycan, bütövlükdə region üçün mühüm layihələrdəndir. Azərbaycan TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 6 milyard kubmetr qaz göndərmək imkanı əldə edib: “Eyni zamanda, icrası başa çatmaqda olan TAP kəməri vasitəsilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql edəcək. Gələcəkdə Avropa və Türkiyə bazarına çıxarılacaq Azərbaycan qazının həcmi 31 milyard kubmetri ötəcək. Cənub Qaz Dəhlizi, eyni zamanda, TANAP Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirməsi baxımından geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır”.

Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən TANAP layihəsinin dövlət gəlirlərimizin artmasına birbaşa təsir göstərəcəyini deyən V.Bayramov diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi Azərbaycana 100 milyard dollardan çox gəlir gətirəcək. Bu isə ölkəmizin dövlət gəlirlərinin yeni bir mərhələdə, təbii qaz satışından əldə edilən valyuta hesabına formalaşması mənasına gəlir. Bu, praktik olaraq ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan verəcək.

V.Bayramov deyib: “Bu layihə, eyni zamanda, Türkiyə və Gürcüstan üçün də çox vacibdir. Gürcüstan tranzit ölkədir. Layihənin reallaşması nəticəsində Türkiyə qaz idxalından asılılığını aradan qaldıracaq. Azərbaycan Türkiyəyə qaz ixracına görə ikinci ən böyük ölkəyə çevrilmək niyyətindədir. Bu, Azərbaycan, Gürcüstan və Türkiyə strateji əməkdaşlığının daha da güclənməsinə təkan verir. TANAP Türkiyənin enerji təhlükəsizliyinin formalaşmasına, Cənub Qaz Dəhlizi də Türkiyə ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verən layihədir. Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbədir. Bu, təbii ki, Avropanın enerji xəritəsinin yenidən işlənməsində xüsusi paya malikdir”.

“TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Ölkə başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxları ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələləri vardı. Bütün bunlara baxmayaraq Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə reallaşdı. Birmənalı şəkildə Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı Cənub Qaz Dəhlizinin reallaşması mümkün olmazdı. Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın reallaşdırdığı təşəbbüsdür. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış təşəbbüsdən faydalana biləcək və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq”, – o vurğulayıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO