Təhlil 03.12.2019 23:39

Lavrovun Bakı səfəri – Qarabağla bağlı cücərən ümidlər – TƏHLİL - FOTO - VİDEO

Dekabrın 3-də Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında danışıqlar olub.

Rakus.az xəbər verir ki, danışıqlarda Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Dağlıq Qarabağ problemi, regional təhlükəsizlik, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında bildirib ki, iki ölkə arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Nazir Məmmədyarov deyib ki, ümumilikdə bütün məsələlər müzakirə olunub: “Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir”.

Məmmədyarovun sözlərinə görə, tərəflər bu gün Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında 2020-ci il üçün Məsləhətləşmə Planını imzalayıb.

O, iqtisadi münasibətlərdən danışarkən bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır: “Hazırda bu, 2,5 milyard ABŞ dolları təşkil edir və ilin sonuna qədər 3 milyard dollara çata bilər”.

E.Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağ münasişəsinin nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.

“Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır,” – o qeyd edib.

Sergey Lavrov ilk olaraq dünən prezident İlham Əliyevlə görüşündən və birinci vitse-prezident Mehriban Əliyevanın noyabrın sonlarında Moskvaya səfərindən danışıb.

O, iqtisadi əməkdaşlıqdan danışarkən bildirib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müsbətdir, çünki bu sahə strateji əməkdaşlığın bir hissəsidir. Nazirin sözlərinə görə, Rusiya Azərbaycana gələn turistlərin sayına görə birinci yerdədir: “Bundan əlavə, nəqliyyat qovşaqları üzrə də ölkələr arasında çox sıx əməkdaşlıq qurulub, “Şimal-Cənub” və “Şərq-Qərb” kimi beynəlxalq layihələrdə Azərbaycan və Rusiyanın rolu getdikcə artır.”

Sergey Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 4-də Bratislavada gözlənilən görüşündən nəticə gözlədiyini deyib.

O, Azərbaycanda rus dilinin tədrisindən danışarkən bildirib ki, Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdardır.

“Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur”,- Lavrov deyib.

Rusiya xarici işlər naziri suallara cavabda bildirib ki, ölkəsi Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayır: “Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək. Ümid edirik ki, nəticələr olacaq”.

Azərbaycan xarici işlər naziri isə Bratislavada dekabrın 4-də Ermənistan xarici işlər naziri ilə görüşü barədə sualın cavabında deyib ki, Bratislavadakı görüşdən Bakının əsas gözləntisi irəliyə doğru tərpənişdir.

O bildirib ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Dağlıq Qarabağın statusu və təhlükəsizliyi məsələsini qaldırmaq niyyətindədir: “Erməni həmkarım sabah Bratislavada mənimlə görüşdə Dağlıq Qarabağın statusu və təhlükəsizlik məsələlərini müzakirə edəcəyini deyib. Statusla bağlı prinsipial yanaşma aydındır. Burada söhbət Dağlıq Qarabağın bütün əhalisindən, məcburi köçkünlərin normal həyat tərzinə dönmələrindən gedir. Düşünürük ki, hansısa irəliləyiş olacaqsa, avtomatın lüləsi altında deyil, məhz sərbəst şəkildə, qarşılıqlı kontaktlar hesabına olsun. Məhz onda etimad mühiti yaranacaq”.

Sergey Lavrov
Sergey Lavrov

Nazir təhlükəsizlik məsələsindən danışarkən deyib ki, Azərbaycan tərəfinin anlayışında və erməni tərəfinin anlayışında təhlükəsizliyin nə olduğuna diqqət yetirilməlidir.

“Bizim anlayışımızda təhlükəsizlik nədir, erməni tərəfinin anlayışında nədir, buna diqqət etmək lazımdır. Hazırkı vəziyyətdə çox nümunə var. Məsələn, 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin silahlı birləşmələr çəkiləcəyi təqdirdə sülhməramlı əməliyyatlar barədə qəbul etdiyi qərarı var.

Bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə, silahlı qüvvələr kazarmalara qayıtmalıdır. Bu yolla sürətli şəkildə etimad mühitinin yaranmasına nail olmaq olar. Təhlükəsizlik vacibdir. Əgər erməni tərəfi Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini önə çəkirsə, Azərbaycan tərəfi də məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan sonra – onsuz da gec-tez bu baş verəcək, əvvəl 5 rayondan başlayaraq, sonra 7 rayon və nəhayət, imkan yarananda Dağlıq Qarabağa qayıdacaqlar – həmişə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin təhlükəsizliyi məsələsi qoyacaq. Bunun üçün məruzə lazımdır. Bununla bağlı biz həmsədrlərə müraciət etmişik ki, vəziyyəti dəqiq qiymətləndirmək üçün xüsusi məruzə hazırlasınlar. Təhlükəsizlik məsələlərinin necə həll olunacağına dair dəqiq qiymətləndirmə olmalıdır. Bunun üçün də ciddi, substantiv, predmetli danışıqlar vacibdir. Mən ümid edirəm ki, biz sabah Bratislavada məhz predmetli danışıqların yeni fazasını açacağıq”,- Məmmədyarov deyib.

Bu arada Lavrov əlavə edib ki, Azərbaycan xarici işlər nazirlərinin görüşündən sonra beş tərəfin, Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransanın birgə bəyanatı ola biləcəyini güman edir.

“Əgər alınarsa beştərəfli bəyanat olacaq. Bu hansısa səbəbdən alınmazsa Minsk qrupunun həmsədrləri bəyanat yayacaq. Ümid edrəm ki, beştərəfli bəyanat olacaq”,- Lavrov deyib.

Sergey Lavrov sullara cavabda hərbi-texniki əməkdaşlığa da toxunub: “Hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir. Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır”.

Lavrov hərbi-texniki əməkdaşlıqla bağlı yeni sazişin bağlanacağını istisna etməyib: “Müəyyən fikirlər var”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO