Mətbuat 04.12.2019 15:39

“Repressiya dövrü və mətbuat” mövzusunda açıq dərs keçirildi - FOTO

  Dekabrın 4-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Repressiya dövrü və mətbuat” mövzusunda açıq dərs təşkil edilib. Üçüncü kurs tələbələrinə tədris edilən “Sovet dövrü mətbuatı” fənni çərçivəsində keçirilən açıq dərsdə fakültənin müəllim və tələbə kollektivi iştirak edib. Fənn müəllimi, Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Dünyəminqızı tədbiri giriş sözü ilə açaraq keçən əsrin 30-cu  illərinin ikinci yarısında tüğyan edən repressiyaların təkcə mətbuatımıza deyil, ümumilikdə Azərbaycan tarixinə qanlı hərfllərlə yazıldığını qeyd edib. O, həmçinin bildirib ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımdan belə tarixi  hadisələri araşdırmaları, öyrənmələri əsas şərtdir. “Mövzunu tələbələr özləri seçiblər. Düşünürəm i, bu, onların tariximizə biganə yanaşmamalarından xəbər verir. Necə deyərlər, keçmişinə güllə atanı gələcək topa tutar. Gərək hər bir azərbaycanlı gənci öz tarixini öyrənsin. Bu, indiki dövrdə xüsusilə vacibdir”-deyə Əməkdar jurnalist əlavə edib.

  Ardınca tələbələr Ürfət Mirzəyev, Gülayə Mecid və Günəş Mərdiyeva hazırladıqları təqdimatlar əsasında çıxışlara başlayıblar. Onların konkret dövr  haqqında dolğun və dəqiq məlumatları dinləyicilərin maraqlarına səbəb olub.

  Doxsan dəqiqə davam edən açıq dərsin sonunda Mətbuat tarixi və ideoloji iş kafedrasının dosentləri Aygün Əzimova, Sima Rəhimova, habelə müəllimlər Samir Xalidoğlu, Güney Firidunbəyli, Günel İsgəndər və digərləri tələbələrin təşəbbüslərini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, belə tədbirlər tələbələrin müəllimlim peşəsinin çətinliyini başa düşmək, gənc jurnalistləri tədqiqatlara cəlb etmək baxımından da xüsusi əhəmiyyətə malikdir.

 Sonda çıxışçılar onlara göstərilən etimada görə təşəkkür ediblər.

 

Günel Abbasova,
BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO