Mədəni 06.12.2019 01:12

Türkiyənin məşhur rok ifaçısı Bakıda solo konsert verəcək

Dekabrın 7-də Bakıda “iTicket.az”, “Nargis” Fondu, “A+A events” və “Elektra Events Hall” dəstəyi və ortaq təşkilatçılığı ilə Türkiyənin məşhur rok ifaçısı Halük Leventin solo konserti keçiriləcək.

Rakus.az xəbər verir ki, “Nargis” Fondundan verilən məlumata görə, biletlərin satışından əldə olunan bütün gəlir limfoma xərçəngindən əziyyət çəkən Sura Nadirovanın müalicə xərclərinin qarşılanmasına yönləndiləcək.

Azərbaycan Respublikasının vətəndaşı olan 22 yaşlı Sura Nadirova iki övlad anasıdır. Həyatını əvvəl və sonraya ayıran o xəbəri eşidən zaman Sura ikinci körpəsinin dünyaya gəlişinə hazırlaşırdı. Gənc xanımın analıq sevincini kədərə çevirən diaqnoz limfoma xərçəngi oldu. Şəfa tapmaq ümidi ilə o, ailəsi ilə birgə Türkiyəyə yola düşür. Ancaq ailənin məhdud maddi imkanları və müalicə üçün tələb olunan böyük məbləğ yaşam mübarizəsini mümkünsüz edir. Lakin Sura ümidini itirmir və ailəsi Halük Leventin fonduna müraciət edir.

Halük Levent Türkiyənin ən məşhur rok ifaçılarından biri, bəstəkar və xeyriyyəçidir. Gənc ananın fəryadına dərhal diqqət yetirən tanınmış ifaçı, sıx konsert cədvəlinə baxmayaraq, Bakıda xeyriyyə konsertinin təşkil olunması arzusunda olduğunu bildirdi. Halük Levent şəxsi “Twitter” hesabında qardaş millətə müraciət edərək birliyə və Suranın xilas olunması naminə hər kəsin dəstək olmasına çağırış etdi.

Xatırladaq ki, hazırda gənc xanımın müalicəsi üçün tələb olunan məbləğ 400 min türk lirəsi təşkil edir (təqribən 117 000 AZN).

Biletləri şəhərin bütün kassalarından və www.iticket.az saytından əldə edə bilərsiniz.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS