Təhlil 04.12.2019 23:39

Sanksiyalar İranı laxladır – hökumətin qətliam etirafı – TƏHLİL - FOTO

İran Prezidenti Həsən Ruhani, Vaşinqtonun sanksiyaları qaldıracağı təqdirdə ABŞ ilə çoxtərəfli bir çərçivədə danışıqlara hazır olduğunu söyləyib.

Rakus.az xəbər verir ki, Ruhaninin bu barədə şərhi çərşənbə günü dövlət televiziyasında yayımlanıb.

“Amerika səhv, ədalətsiz, qanunsuz və terror sanksiyalarını qaldırmağa hazır olduqda 5 + 1 qrupunun rəhbərləri dərhal görüşə bilər. Bizim bununla əlaqədar heç bir problemimiz yoxdur”, – o bildirib.

Keçən il Prezident Donald Tramp İran və dünya güdrətləri arasında 2015-ci ildə imzalanmış sazişdən çıxıb və İrana yenidən sanksiyalar tətbiq edib.

Vaşinqtonun beynəlxalq sazişdən çıxmasından sonra ABŞ-ın İran üzərinə onun neft ixracatını hədəfləyən və iqtisadiyyatını boğan ağır sanksiyaları bərpa etməsi İran iqtisadiyyatını ciddi şəkildə sarsıdıb.

Bu arada İran rəsmiləri çərşənbə axşamı ilk dəfə olaraq hüquq müdafiəçilərinin 1979-cu ildə İslam İnqilabından bəri hökumət əleyhinə ən ölümcül iğtişaş adlandırdığı etiraz nümayişləri zamanı təhlükəsizlik qüvvələrinin nümayişçiləri güllələdiyini təsdiq edib.

İranın dövlət televiziyası Birləşmiş Ştatlar prezidenti Donald Trampın “biz burada danışdığımız zaman çox guman ki, İranda minlərlə insan qətlə yetirilir” deməsindən bir neçə saat əvvəl rəqəmləri açıqlamadan etirazçıların öldürüldüyünü etiraf edib.

Noyabrın 15-də hökumətin yanacaq qiymətlərini kəskin şəkildə 300 faiz qaldırmasından sonra başlayan iğtişaşlar sürətlə 100-dən çox şəhər və qəsəbəyə yayılaraq, gənclər və fəhlə sinfindən ibarət nümayişçilərin din xadimlərinin istefasını tələb etməsi ilə siyasi etirazlara çevrildi.

Nümayişlər keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb.

Amnesty International bazar ertəsi açıqladığı bəyanatda təşkilatın rəqəmsal dəqiqləşdirmə şöbəsinin təhlil etdiyi “çox sayda foto və video materialların təhlükəsizlik qüvvələrinin silahsız etirazçılara atəş açdığını” göstərdiyini bildirib.

“Üsyançıların əlində bıçaq və silah var idi. Onlar bəzi bölgələrdə yolları bağlayaraq, insanları girov götürürdü. Təhlükəsizlik qüvvələrinin onlarla qarşı-qarşıya gəlməkdən başqa çarəsi olmayıb, qarşıdurmalarda iğtişaşçılar öldürülüb”, – İranın dövlət televiziyası xəbər verib.

İran ölənlərin sayı ilə bağlı rəsmin rəqəm göstərməsə də, Amnesty International 1979-cu il ABŞ-ın dəstəklədiyi şahın devrilməsi və şiə ruhanilərin hakimiyyətə gəlməsi ilə nəticələnmiş inqilabdan bəri ən qanlı bu nümayişlərdə azı 208 etirazçının öldürüldüyünü bildirib.

İranın Ədliyyə Nazirliyinin sözçüsü şərşənbə axşamı “düşmən qrupların” ölənlərin sayı ilə bağlı göstərdiyi rəqəmlərin yalan olduğunu deyib.

Tehran rəsmiləri iğtişaşlar zamanı bir həftə internet bağlantısını bloklayaraq, ölkə daxilində baş verənlər haqda video və məlumatların sosial mediada paylaşılmasına mane olub.

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi “çox təhlükəli bir sui-qəsd” əməli olaraq xarakterizə etdiyi iğtişaşlara görə Birləşmiş Ştatları və onun müttəfiqlərini günahlandırıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO