Muradov diasporlar arasında fikir ayrılığına münasibət bildirdi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığının olması barədə məlumatlara münasibət bildirib.
Rakus.az xəbər verir ki, Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında çıxış edən Dövlət Komitəsinin sədri deyib ki, diaspora təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu bir icma işidir, könüllülük, Vətənə sevgi məsələsidir:“Bəzən olur ki, kimlərsə nə vaxtsa hanısa bir məsələyə görə bir-birindən küsür. Mən Ukraynanı misal gətirirəm. Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Biz bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərirlər. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səsləndirsin. Biz hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da bildirik ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha yüksək dəstək götərəck. Mən buradan hamışa çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək”.