Siyasi 06.12.2019 10:33

Brüsseldə Azərbaycanla bağlı “dəyirmi masa” keçirildi - FOTO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.

Rakus.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən verilən məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurum və təşkilatların iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Aİ münasibətləri və Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunaraq yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib.

BMTM-in sədri Fərid Şəfiyev qonaqlara bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır və tərəflər arasındakı enerji və nəqliyyat sahəsində artıq reallaşdırılmış çoxsaylı layihələr bu tərəfdaşlıq üçün əhəmiyyətli zəmin hazırlayıb.

Daha sonra Fərid Şəfiyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalını davam etdirir. O, qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesini pozan populist və əsassız bəyanatları nəticəsində bu il ərzində problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb. F. Şəfiyev Avropa İttifaqını münaqişənin həllinə regiondakı oxşar digər münaqişələrə göstərilən  diqqət və  dəstəyi göstərməyə çağırıb.

Öz növbəsində Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal nəticəsində öz vətənindən didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, icma rəhbəri seçilməsindən keçən bir il ərzində icmanın gördüyü işlərdən bəhs edib və münaqişənin sülh yolu ilə həllinə dəstək olmaq üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO