Mətbuat 06.12.2019 17:00

Müstəqilliyimizin memarı – MƏQALƏ

XX əsrin sonlarında ictimai-siyasi sahədə gedən proseslər nəticəsində SSRİ-nin dağılması ilə yaranmış əlverişli şərait xalqımıza yenidən müstəqilliyə qovuşmaq, öz milli dövlətini qurmaq imkanı verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları hər yanda xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə səbəb oldu.

Beləliklə, Azərbaycan 1993-cü il iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. İyunun 4-də Gəncədə baş verən silahlı qarşıdurma ölkəni fəlakətə sürükləyirdi. Surət Hüseynovun silahlı dəstələri Gəncədən paytaxt Bakıya hərəkət edirdilər. Belə bir vəziyyətdə iqtidar çarəsiz qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq, onu hakimiyyətə çağırırdı. Ümummilli lider Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıdan göndərilmiş xüsusi təyyarə ilə Naxçıvandan paytaxta gəldi. 1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki mövcud vəziyyəti yerində öyrənmək üçün görkəmli dövlət xadimi Heydər Əliyev həmin gün 30 nəfər jurnalistlə birlikdə Gəncəyə getdi.

Qeyd edim ki, bu, çox qorxulu bir səfər idi. Gəncədə S. Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, çəkinmədi. Vətəni, xalqı, milləti düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək üçün bu riskli səfərə getdi. Gəncədə yerli sakinlərin öz xilaskarını, böyük hörmət və ehtiramla qarşıladıqlarının şahidi olduq. Sakinlər dəstə-dəstə küçələrə çıxır, ulu öndərə inandıqlarını nümayiş etdirir, onunla görüşür, bu səfərdən hədsiz dərəcədə sevindiklərini bildirirdilər. Gəncə hadisəsinin “təşkilatçıları”nın bütün planları alt-üst olmuşdu.

Cinayətkarlar uzun müddət necə hərəkət etmək, hansı addımları atmaq barədə qərara gələ bilmədilər. Heydər Əliyevin Gəncəyə gəlməsi və  xalqın onu bayram əhval-ruhiyyəsində qarşılaması Surət Hüseynov tərəfdarlarının canına vəlvələ salmışdı. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin həmin gün keçirilən iclasındakı proqram xarakterli çıxışında deyirdi: “Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün ictimai və siyasi təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq”.

Dahi şəxsiyyət Heydər Əliyevin tarixi qayıdışından sonra Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə respublika əhalisinin böyük əksəriyyətinin səs verməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz deyirdi: “Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır”. Milli qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.

Ömürdən keçən hər gün tarixə çevrilir. Azərbaycan xalqı müstəqilliyinin iyirmi səkkizinci ildönümünü qeyd etdiyimiz bir vaxtda keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi yada salmaq, tariximizdən ibrət dərsi götürmək bizə, hər şeydən əvvəl, gələcəyimizi düzgün müəyyənləşdirməyə imkan verir. Tarixin sınaqlardan çıxmış çoxəsrlik təcrübə birmənalı olaraq təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından qat-qat çətindir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirən şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət kəsb edən 1993-cü il 15 iyun hadisələrinin – Milli Qurtuluş Gününün mahiyyətinə nəzər salarkən qəti əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin köməyilə reallaşdırmaq olar, əks təqdirdə, fürsət itiriləcək, məhrumiyyətlər və qurbanlar hədər gedəcəkdir. Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa, Cəvahirləl Nehrunun Hindistan üçün etdiklərini Heydər Əliyev ən ağır və çətin məqamlarda Azərbaycan xalqı üçün edib.

Ümummilli lider Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz “haqlı adam güclüdür” deyimi bir daha təsdiqləndi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün “ədalət” və “dövlət” məfhumları arasında möhkəm bağlılıq var. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”,- deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamağı zəruri etmişdi. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılmağa başlandı.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, social-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.

Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Silahlı Qüvvələr formalaşdırılıb.

Azərbaycan daxilində yaranmış stabillikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək “Əsrin müqaviləsi”nin imzalanması, bu sazişlərin Azərbaycana gətirdiyi  milyardlarla dollar sərmayələr isə iqtisadi tərəqqinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz xətlərinin çəkilişi kimi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı. Bu prosesin də əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində qəbul etdiyi hüquqi sənədlərdə bu vacib məsələ başlıca ümumdövlət vəzifələri səviyyəsinə qaldırılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında təhsil sistemində çoxşaxəli islahatlar aparılıb. Ulu Öndər tərəfindən müəyyən edilmiş siyasi kursun düzgün seçilməsinin, bu kursun müasir dövrün reallıqları nəzərə alınmaqla yüksək idarəetmə məharəti və qətiyyəti ilə, hərtərəfli düşünülmüş və əsaslandırılmış, eyni zamanda çevik idarəçilik üslubuna malik xarizmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin, iqtisadiyyatın idxaldan asılılığının azaldılması üçün yerli istehsalın hərtərəfli stimullaşdırılmasının, biznes qurumlarına əlverişli şəraitin yaradılmasının, bir sözlə, ciddi islahatların, restrukturizasiyanın, müdrik və səmərəli idarəetmənin tətbiqinin nəticəsidir ki, ölkəmiz dünyada və regionda baş verən neqativ proseslərdən kənarda qalmaqla, dayanıqlı və davamlı inkişaf yolu keçərək həyatın bütün sahələrində böyük uğurlar qazanır.

Azərbaycanın istiqlalının, Azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimızin banisi və xilaskarı Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə və fədakarlığa çağırır. Heydər Əliyevin əbədiyaşar ideyaları milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən dönməz tərəqqi, intibah yollarında ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin sütunudur, hərəkətverici beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından, inkişaf, intibah pillələrindən, eləcə də müəyyən dövrlərin tənəzzül, böhranlı eniş məqamlarının analitik dərkindən çıxış edərək, bugünün və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir.

Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bundan sonra da ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

Kamal TƏHMƏZOV

Masallı rayonunun Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO