Sosial 07.12.2019 12:37

“Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” (ATT) ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov və qurumun digər vəzifəli şəxsləri Kürdəmir və Yevlax rayonlarında yerli fermerlərlə görüş keçirib.

Rakus.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görı, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) baş tutan görüşlərdə fermerlərə ATT-nin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verilib, onların problemləri dinlənilib.

Görüşdə çıxış edən Sərxan Sərxanov ATT-nin fəaliyyəti barədə məlumat verib fermerləri əməkdaşlığa və həyata keçirilən layihələrdə aktiv iştiraka dəvət edib:“ATT-nin əsas vəzifəsi insanlarımızı təhlükəsiz qida ilə təmin etməkdir. Bu vəzifəni sizin dəstəyiniz olmadan həyata keçirə bilmərik. Eləcə də siz bizim

dəstəyimizlə təsərrüfatınızı inkişaf etdirə, daha çox məhsul yetişdirə və gəlirlərinizi artıra bilərsiniz. Hər birinizi birgə əməkdaşlığa dəvət edirəm. Sizinlə olan əməkdaşlığımız nəticəsində bu gün biz çoxlu sayda dövlət qurumlarının və özəl müəssisələrin qida təchizatını həyata keçiririk. Təchizat prosesi dövlət vəsaiti ilə birbaşa siz fermerlərdən tədarük edilən kənd təsərrüfatı və qida məhsulları hesabına baş tutur”. Sərxan Sərxanov çıxışında ATT-nin həyata keçirdiyi layihələrə və Yeni il bayramı ilə əlaqədar təşkil olunacaq bayram yarmarkasına da toxunub: “Biz hal-hazırda sizə alternativ satış kanalları və əlavə gəlir qazandırmaq üçün “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrini həyata keçiririk.

“Kənddən Şəhərə” layihəsinə qoşulmaqla siz Bakıda hər həftəsonu təşkil olunan yarmarkalarda ödənişsiz iştirak edə və satış mərkəzlərimizdə öz məhsullarınızı paytaxt sakinlərinə təqdim edə bilərsiniz. Qeyd edim ki, 21-30 dekabr tarixlərində isə Bakının 5 müxtəlif nöqtəsində “Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq. Hər birinizi bu yarmarkalarda iştiraka dəvət edirəm. “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi isə sizə təsərrüfatınızda yerli və xarici turistləri qəbul etməklə əlavə gəlir qazandıracaq. AFAQ isə qadınları dəstəkləyən bir layihədir. Biz istəyirik ki, aqrar sahədə fəaliyyət göstərən qadınların sayı daha çox, problemləri isə daha az olsun”.

Sonda isə Sərxan Sərxanov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) bəhs edib, fermerləri yeni sistemdə təsərrüfatlarına dair məlumatları bəyan etməyə səsləyib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS