Təhlil 08.12.2019 23:39

“Normand dördlüyü” fəallaşır – Rusiya Ukraynaya güzəştə gedəcəkmi? – TƏHLİL - FOTO

Uzun sürən fasilədən sonra dekabrın 9-da Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək.

Rakus.az xəbər verir ki, Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.

Hələ “Normand dördlüyü”nün görüşündən xeyli əvvəl burada hər hansısa razılaşma sənədinin imzalanacağı açıqlanıb. Rusiya rəsmiləri bu razılaşmanın imzalanacağını istisna etməyib. Rusiya Prezidenti hələ oktyabrın sonundan bu görüşə hazır olduğunu bəyan edib.

Ukrayna Ali Radasının fraksiyaları olan “Avropa həmrəyliyi”, “Səs” və “Batkivşina” artıq ölkə prezidentindən “qırmızı xətti” keçməməsini tələb ediblər. Onlar hesab edirlər ki, müzakirələr Ukraynanın milli maraqları və Avropaya inteqrasiya kursuna zidd olmamalıdır. Əks halda, fasiləsiz etiraz aksiyalarının başlanacağı qeyd edilib.

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Markon bəyan ediblər ki, Avropanın maraqları çərçivəsində Donbas münaqişəsi ətrafında Rusiya ilə birbaşa dialoq arzuolunandır.

Bütün məsələlər dekabrında 9-da, günün ikinci yarısında rəsmilərin mətbuata bəyanatlarından sonra bəlli olacaq. Ya “Normand dördlüyü” tarix yazacaq, ya da sadəcə tarixə çevriləcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO