Mədəni 09.12.2019 22:07

Nəsimiyə ukraynalı musiqiçi kompozisiya yaratdı

Tanınmış ukraynalı bəstəkar, Ukraynanın Xalq artisti, A.Dovjenko adına Ukrayna Dövlət Mükafatının laureatı, Ukrayna Kinematoqrafçılar İttifaqının və Ukrayna Milli Bəstəkarlar İttifaqının üzvü Vladimir Quba “Nəsiminin əsərlərinin motivləri əsasında” adlı müəllif kompozisiyası yaradıb.

Rakus.az xəbər verir ki, müəllif öz əsərini ilk dəfə Nəsiminin “I şlyaxom Istını postav ya sam…” əsərlər məcmuəsinin Kiyevdə keçirilən təqdimatında səsləndirib. Həmin vaxt Vladimir Petroviç Quba “Nəsiminin əsərlərinin motivləri əsasında” müəllif kompozisiyasını fortepianoda ifa edib və dahi Azərbaycan şairinin şeirlərinə vokal əsərlər silsiləsi yaratmağa hazır olduğunu bildirib.

Bəstəkar 150-dən çox ekran əsərinə musiqi bəstələyib. Onların arasında “Olesya”, “Hər yerdə səma var”, “Qayıdan təkrar sevəcək”, “Uşaqlıq illərimin çörəyi”, “Sabah dünəndən başlayır”, “Qalitski knyazı Daniil” və s. kimi bədii filmlər var.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk deyib: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin yaradıcılığının Ukraynada təbliği ilə yanaşı, onun ölkəmizdə müxtəlif incəsənət növlərinə təsiri də çox mühümdür. Məsələn, Nəsimi poeziyasından ilham alan ukraynalı rəssamlar Boqdan Rodyuk-Çekan və İnna Sautina dahi şairin əsərlərinin motivləri əsasında illüstrasiyalar silsiləsi yaradıblar. İndi isə görkəmli Ukrayna bəstəkarı Vladimir Quba Nəsiminin yaradıcılığına həsr etdiyi musiqi kompozisiyası ərsəyə gətirib. Düşünürəm ki, bu, Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılmasının əhəmiyyətini bir daha göstərir. İstər sadə ukraynalı oxucular, istərsə də görkəmli mədəniyyət xadimləri Azərbaycan mədəniyyəti haqqında yeni informasiyanı böyük maraqla qarşılayır və onu Ukrayna müstəvisində qiymətləndirirlər. Ölkələrimiz arasında mədəniyyət, ədəbiyyat prosesini gələcəkdə də davam etdirmək çox mühümdür. Bu, indi həmişəkindən daha aktualdır”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO