Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi növbəti tədbirini keçirdi
Bakı. Rakus.az
Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisində,Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyinin toplantısı keçirilib. Toplantını giriş nitqi ilə açan QAQB sədri Rizvan Talıbov toplantının gündəliyi barədə ətraflı məlumat verərək bildirdi ki, toplantıda cari məsələlərlə yanaşı əsasən iki məsələ müzakirə olunub, zəruri qərarlar alınacaq. 1.Təşkilati məsələ. 2.”23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü” adlı tədbirin hazırlıq işlərinin vəziyyəti.
Gündəlikdəki təşkilati məsələ haqqında toplantı iştirakçılarına hərtərəfli məlumat verən sədr, QAQB İdarə Heyyətinin yeni tərkibinin formalaşdırılması və bir neçə şəxsin QAQB sədrinin müavinləri vəzifələrinə, QAQB Ali Məclisi sədrinin müavinləri vəzifələrinə, QAQB MNTK sədrinin müavini vəzifəsinə,MNTK üzvlüyünə yeni qəbul olunan üzvlər barəsində, QAQB Ağsaqqallar Şurasının sədrinin təyin olunması haqqındakı sərəncamları toplantı iştirakçılarının diqqətinə çatdırdı. QAQB sədri xüsusi olaraq qeyd etdi ki, Birlikdə aparılan son struktur dəyişikliklərinin əsas məqsədi, QAQB strukturlarının fəaliyyətini gücləndirmək, qərarların qəbulunu sürətləndirmək və tam icrasını təmin etmək, eyni zamanda Birlik tərəfindən qəbul olunmuş qərarların Qərbi Azərbaycan toplumu və ümumiyyətlə Azərbaycan cəmiyyəti tərəfindən dəstək qazanmasına nail olmaqdır! Ona görə də Birliyin yeni formalaşdırılmış strukturlarında həm Qərbi Azərbaycanın bütün mahallarının təmsilçilərinin, o, cümlədəndə Azərbaycanın bir çox bölgələrinin təmsilçilərinin olmasına xüsusi önəm verilmişdir. Birliyin strukturlarının yenilənmiş tərkibi və QAQB sədrinin müvafiq sərəncamları toplantı iştirakçıları tərəfindən yekdilliklə təqdir olundu.Qəbul olunmuş yekdil qərarlara əsasən, QAQB İdarə Heyyəti aşağıdakı tərkibdə müəyyən olunmaqla,bir çox vəzifələrə də təyinatlar oldu. Beləliklə:
QAQB İdarə Heyyəti:
1.Aslanov Namiq-İH üzvü,QAQB sədrinin 1-ci müavini.
2.Qəhrəmanov Qəhrəman-İH üzvü,QAQB sədrinin Təşkilati məsələlər üzrə müavini.
3.Həsənov Şakir-İH üzvü,QAQB sədrinin Maliyyə və İqtisadiyyat məsələləri üzrə müavini.
4.Tarverdiyeva Xuraman-İH üzvü,QAQB sədrinin Regional təşkilatlar və Regional təmsilçilərlə işlər üzrə müavini.
5.Ogeday Nigar-İH üzvü,QAQB sədrinin Beynəlxalq əlaqələr və Beynəlxalq təmsilçilərlə işlər üzrə müavini.
6.Həbibulina Zöhrə-İH üzvü,QAQB Qadınlar Şurasının sədri.
7.Kələntarov Nazim-İH üzvü,QAQB sədrinin Ümumi işlər üzrə müavini.
8.Paşayev Vasif-İH üzvü,QAQB sədrinin Mətbuat və İnformasiya məsələləri üzrə müavini.
9.Qasımov Kamran-İH üzvü,QAQB sədrinin Təbliğat və Təşviqat məsələləri üzrə müavini.
10.Məmmədov Əkbər Yaşar oğlu-İdarə Heyyəti üzvü.
11.Əfəndiyev Mustafa Vəli oğlu-İH üzvü.
12.Abbasov Vüqar Tapdıq oğlu-İH üzvü.
13.Əliyeva Tamam Talıb qızı-İH üzvü.
14.Avdıyev Vüqar Vəli oğlu-İH üzvü.
15.Musayev Sahib Yadigar oğlu-İH üzvü.
16.Məhərrəmbəyli Maarif Vəli oğlu-İH üzvü.
17.Qurbanov Sultanəli Şükür oğlu-İH üzvü.
18.Həsənov Rövşən Mehdi oğlu-İH üzvü.
19.Hüseynov Niyazi Abbas oğlu-İH üzvü.
20.Məmmədov Namiq Ələddin oğlu-İH üzvü.
21.Xaqani İsmayıl Neman oğlu-İH üzvü.
22.Musayev Eldar Mərdan oğlu-İH üzvü.
23.Rzayev Yaşar Sabir oğlu-İH üzvü.
Digər sərəncamlarla:
1.Qasımov Fərman Bərxuda oğlu-QAQB Ali Məclisi sədrinin 1-ci müavini.
2.Əsgərova Asya Qasım qızı-QAQB Ali Məclisi sədrinin müavini.
3.Mirbabayev Oktay Mircabbar oğlu-QAQB Ali Məclisi sədrinin müavini.
4.Yaqubalıyeva Şəfa İsa qızı-QAQB MNTK sədrinin müavini.
5.Mahmudov Mahmud Sərvan oğlu-QAQB MNTK üzvü.
6.Eyvazova Nailə Binnət qızı-MNTK üzvü.
7.Abbasov Rüfət Qasım oğlu-MNTK üzvü.
8.Sərdarov Siyavuş Həmid oğlu-MNTK üzvü.
9.İsmayılov Valeh Abbas oğlu-MNTK üzvü.
10.Yusifov Niftalı(Goyçəli)Buta oğlu-QAQB İH üzvü,QAQB Ağsaqqallar Şurasının sədri.
vəzifələrinə təyin olunmuşlar.
Eyni zamanda qərara alındı ki, QAQB Ali Məclisinin növbəti toplantısında verilmiş sərəncamlar təsdiq olunmaqla yanaşı, Ali Məclisin tərkibinə yenidən baxılsın və rayon təşkilatları sədrlərinin və regional təmsilçilərində daxil olduqları yeni Ali Məclis üzvlərindən ibarət,daimi işlək olan QAQB Ali Məclisinin yeni tərkibi müəyyənləşdirilsin və təsdiq olunsun!!
Gündəlikdəki ikinci məsələ barədə, QAQB Ali Məclisinin sədri, “23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü” adlı tədbirin hazırlanması üzrə yaradılmış İşçi qrupunun rəhbəri Əli Vəliyev görülmüş işlər barədə toplantı iştirakçılarına geniş,hərtərəfli məlumat verdi. Müzakirələrdən,çıxışlardan sonra tədbirin ssenarisi təsdiq olundu. “23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü”adlı tədbirin ssenarisinə uyğun olaraq 250-300 nəfərin, qonaqların, aşıqların, incəsənət xadimlərinin, İrəvan Dövlət teatrının aktyorlarının,televiziya və mətbuat nümayəndələrinin iştirak edəcəyi gözlənilən tədbirin 22 dekabr tarixində(23 dekabrda bələdiyyə seçkiləri olacağına görə) saat 17:00-da LALƏNDƏ Ş/sarayında (Gənclik metrosundan Ayna Sultanovaya tərəf bir dayanacaq) keçirilməsinə qərar verildi. Ssenaridə nəzərdə tutulduğu kimi tədbirin açılış törəni ilə açılacaq tədbirdə, Tamam Uluxanlının qələmə aldığı, İrəvan teatrının aktyorlarının hazırladıqları deportasiyaya həsr olunmuş səhnəcik göstəriləcək, Yurdlarımıza həsr olunmuş bayatılar, şeirlər oxunacaq,tanınmış aşıqların ifasında yurd nisgilli havalar,mahnılar ifa olunacaq! Tədbirdə dəvət olunacaq yüz nəfərə yaxın qonaqlarla yanaşı,çoxsaylı vətəndaşlarında iştirak edəcəklərini nəzərə alaraq, daha çox insanın rahat yerləşə bilməsini nəzərə alıb, bəzi zəruri işlərin görülməsi qərara alındı. Bildirək ki,tədbirə giriş açıqdır!
Toplantı QAQB sədrinin tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tapşırıq və tövsiyələri ilə işini uğurla başa vurdu! İnsanlarımız,əsirlikdəki yurdlarımız üçün uğurlu,xeyirli olsun!