Təhlil 11.12.2019 23:39

Putin-Zelenski görüşü – Atəşkəs və məhbus mübadiləsi – TƏHLİL - FOTO

Rusiya və Ukrayna liderləri dekabrın 10-da Parisdə Fransa və Almaniyanın da daxil olduğu dördtərəfli danışıqların ardınca bu ilin sonuna kimi atəşkəs və məhbus mübadiləsi həyata keçirmək barədə razılığa gəlib.

Rakus.az xəbər verir ki, hər bir dövlət başçısı irəliləyişlər əldə etdiklərini və bu danışıqların irəliyə doğru bir addım olduğunu söyləyib. Liderlər dörd aydan sonra yenidən bir araya gələcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsin bu ay baş tutacağına inandığını bildirib. O, mətbuat konfransı zamanı irəliyə doğru atılan addımları və irəliləyişləri qeyd edərək, digər liderlərin bənzər fikirlərini təkrar edib.

Zelenski deyib: “Bu, dondurulmuş vəziyyət deyil. Sualınıza gəlincə, bəli, hiss edirəm ki, növbəti dörd ayda bir daha görüşəcəyik və uğurlarımız əsasında irəli addım atıb digər məsələlərimizi həll etmək iqtidarındayıq.

Bu, ukraynalı aktyor Zelenskinin bu ilin əvvəli prezident vəzifəsinə başlayandan sonra rusiyalı həmkarı Vladimir Putin arasında ilk görüş idi. Sözügedən görüş 2016-cı ildən bəri Fransa və Almaniyanın da iştirak etdiyi ilk belə dördtərəfli sammitdir.

Putin Rusiya ilə Ukrayna arasında təsvir edilən mümkün yumşalmanın doğru olduğunu vurğulayıb.

“Bir çox məsələlərdə irəliləyiş əldə etdik. Bütün bunlar işlərin düzgün getdiyini göstərir”, – Rusiya lideri keçirilən sammitə münasibət bildirib.

Danışıqlar, 2014-cü ildən bəri 13 mindən çox insanın ölümünə səbəb olan iki ölkə arasında davam edən qarşıdurmanın həllini tapmağı hədəfləyir. Hər iki tərəf də digərlərini 2015-ci il sülh sazişinə əməl etməməkdə günahlandırırdı.

Siyasətə yeni gələn prezident Zelenski qarşıdurmaya son qoymağı prioritet hala gətirib.

Lakin bir çox ukraynalı onun çox güzəştə gedə biləcəyindən narahatdır. Paris görüşü ərəfəsində minlərlə insan paytaxt Kiyevdə Moskvaya hər hansı bir “kapitulyasiyaya” qarşı çıxıb.

Danışıqlar həm də onlara ev sahibliyi edən Emmanuel Makron üçün diplomatik sınaq kimi qiymətləndirilir. Fransa Prezidenti Ukrayna böhranı ilə əlaqədar Avropa İttifaqının bir neçə ildir davam edən sanksiyalarından sonra Rusiya ilə yenidən əlaqə qurmaq istəyir. Lakin bu addım Avropa İttifaqının Polşa kimi üzvləri tərəfindən müqavimətlə qarşılaşıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO