Pxenyanın səbri tükənir – Vaşinqton “qapını bağlayır” – TƏHLİL - FOTO
“ABŞ Şimali Koreyaya xəbərdarlıq edib ki, balistik raket sınaqları Vaşinqtonla razılığa “qapını bağlamaq” riski yaradır”.
Rakus.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Kelli Kraft Təhlükəsilik Şurasının Şimali Koreyanın nüvə silahlarını yayma səyləri ulə bağlı iclasında bildirib.
“Bu balistik raketlər, uzun və ya qısa mənzilli olmalarına baxmayaraq, regional sabitliyə və təhlükəsizliyə xələl gətirir və açıq-aydın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozur”,- o deyib.
K.Kraft rəsmi Pxenyanı Vaşqintonla qarşıdurmanı qızışdırmamağa çağırıb və Pxenyanın ilin sonunadək tətbqi etdiyi son mphlət tarixinə əhəmiyyət verməyib: “İcazə verin aydınlıq gətirim: Birləşmiş Ştatların və Təhlükəsizlik Şurasının məqsədi var, son möhlət tarixi deyil”.
“Raket və nüvə sınaqları Koreya Demokratik Xalq Respublikasını daha çox təhlükəsizliklə təmin etməyəcək, onlara və regiona sabitlik gətirməyəcək. Sınaqlar Şimali Koreyaya istədiyi iqtidai imkanları tanımayacaq”, -Kraft deyib.
Kraft sınaqların Şimali Koreyanın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldıracaq və iqtisadi imtiyazlarla təmin edəcək razılıq əldə etmək üçün danışıqları çətinləşdircəyini bildirib. O, Şimali Koreyanı Birləşmiş Ştatlarla əməkdaşlıq etmək üçün “çətin ama cəsur” qərar verməyə çağırıb və deyib ki, Vaşinqton nüvəzişlədirmə məsələsinin həlli ilə bağlı yanaşmasında daha “ çevik” olmağa hazırdır: “Biz parallel olaraq irəliləməyə və bu razılıq yolunda konkret addımlar atmağa hazırıq. Amma Şimali Koreya yanlış istiqamətdə irəliləməyə davam etsə, hər kəs müvaviq addımlar atmağa hazır olmalıdır”.
Pxenyanın Vaşinqtona qarşı son zamanlar səbri tükənib və son iki həftədə Vaşinqtona tədbir görməsi üçün ilin sonunadək zaman verib, əks təqdirdə “yeni yolda addımlar atacağına” dair xəbrdarlıq edib.
Ötən həftə Şimali Koreyanın ABŞ məsələləri üzrə vitse xarici işlər naziri Ri Tae Sonq xəbərdarlıq edib ki, onun hökümətinin Birləşmiş Ştatlar üçün “ Milad hədiyyəsi” olacaq və bu hədiyyənin “tamamilə ABŞ-dan asılı” olacağını bildirib.
Şimali Koreya bu il 13 balistik raket sınağı keçirib. Ölkə şənbə günü Çinlə sərhəddə “çox mühüm”adlandırdığı bir başqa sınaq keçirib.
Çinin BMT-dəki səfiri Janq Cun Vaşinqton və Pxenyanı dayandırılan danışıqları bərpa etmək üçün “çeviklik və xoş niyyət sərgiləməyə” və prosesin ‘geriləməsinin” qarşısını almağa çağırıb.
Çin və Rusiya etimadın gücləndirilməsi üçün BMT-nin Şimali Koreyaya tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsinə çağırıb.