Vətəndaşların ədliyyə problemləri dinləniləcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 18-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Toğrul Musayev Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 40) vətəndaşları qəbul edəcək.
Rakus.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Qəbələ rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055 652-07-07), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055 925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət edə bilərsiniz.