Təhlil 14.12.2019 23:39

Putin-Zelenski görüşü – Rusiya qoşunu geri çəkəcəkmi? – TƏHLİL - FOTO - VİDEO

Rusiya və Ukrayna liderləri Ukraynanın şərqidnə münaqişəyə son qoymaq məqsədi ilə son üç ildə ilk dəfə olaraq Parisə görüş keçirib.

Rakus.az xəbər verir ki, indi isə diqqət Ukrayanın hökümət qüvvələri ilə Moskvanın dəstəklədiyi separatçılar arasında beş ildir davam edən müharibəyə son qoymaq yolunda növbəti addımın nə olacağına yönəlib. Paris danışıqlarında isə münaqişəyə səbəb olan əsas məsələ ilə bağlı çox az irəliləyiş əldə olunub.

Fransa Prezidenti Emmanuel Makron üçün Paris danışıqlarının keçirilməsi belə onun gülümsəməsi üçün yetərli səbəb olub.

Fransa lideri Almaniya kansleri Angela Merkelin dəstəyi ilə Ukrayna və Rusiyadakı həmkarlarını Ukrayanın şərqində 13 mindən çox insanın ölümü ilə nəticələnən müharibəyə son qoymaq məqsədilə danışıq masasına oturmağa razı salıb.

Volodimir Zelenski, Angela Merkel, Emmanuel Makron və Vladimir Putin
Volodimir Zelenski, Angela Merkel, Emmanuel Makron və Vladimir Putin

Ukraynanın yeni prezidenti Volodimir Zelenski üçün isə bu görüş diplomatiyaya böyük riskli giriş olub.

Bir çoxlarını bu il böyük səs fərqi ilə prezident seçilən komediya aktyoru Zelenskinin rəqibi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə hansı irəliləyişlər əldə edəcəyi maraqlandırırdı.

Sammitdən öncə Kyivdə toplaşan izdiham yeni prezidentə Kremlə güzəştə getməməsi barədə xəbərdarlıq edib.

Zelenski isə danışıqlar zamanı öz mövqeyini qoruyub saxlayıb. Heç bir tərəf danışıqlarada üstünlük əldə etməyib. Lakin təhlilçilər deyir ki, çox az irəliləyiş əldə olunsa da, münasibətlərdə bir yumşalmanın olduğu müşahidə edilib.

“Zelenskinin tərəfdarları sülhlə bağlı danışıqlarda irəliləyiş gözləyirdi. Onun əleyhdarları isə onun Putinlə danışıqlarda özünü rüsvay etdəcəyini gözləyirdi. Amma bunların heç biri olmadı”? – Moskva Karneqi Mərkəzindən Konstantin Skorkin bildirir.

Hələ ki, liderlər daha öncə döyüşlərin qarşını almaq cəhdlərinin iflasa uğramasına baxmayaraq, yenidən atəşkəsə əməl edəcəklərini vəd edib. Atəşkəsə əsasən, hökümət qoşunları ilə Rusiya tərəfdarı separatçılar cəhbə xəttindən geri çəkilməlidirlər.

Donbas
Donbas

Bundan əlavə isə Yeni İldən öncə xoş niyyət jesti olaraq il başa çatmadan üsyançılarla kütləvi məhbus mübadiləsinin aparılacağına dair vədlər edilib.

Lakin Paris danışıqlarında əsas məsələ, yəni Ukraynanın şərqində Luhansk və Donetsk regionlarından ibarət Donbasın gələcəyi ilə bağlı irəliləyiş əldə olunmayıb.

Zelenski deyir ki, Kyiv hələ də Rusiyanın dəstəklədiyi separatçıların iki müstəqil Respublika elan etdiyi regionlar üzərində tam nəzarəti bərpa etmək istəyir.

Bu arada isə Putin Ukraynanın Zelenskinin sələfinin regionlara geniş müxtariyyətin verilməsi və üsyançılarla birbaşa danışıqların aparılmasına mandatın verilməsi ilə bağlı etdiyi vədləri yerinə yetirməsini təkid edir.

Kiyevdə bir çoxları hesab edir ki, bu şərtlər Moskvaya onların Qərbə qoşulmaq ambisiyaları üzərində hədsiz təsir gücü verir və Rusiyanın separtçıları pul, əsgər və silahla təmin edən dəstəkçi rolunu gizlədir.

“Hər kəs Luhansk və Donetskdəki liderlərin kim olduğunu çox gözəl bilir. Onların arxasında kimin olduğunu, kukla ustasının kimin olduğunu bilə-bilə onlarla razılıq əldə etməyin nə mənası var?”- siyasi təhlilçi Yuli Nesneviç sual edir.

Normandiya dördlüyü dörd ay sonra yenidən bir araya gələcək. Bu dəfə görüş Britaniyada baş tutacaq. Onlar yenidən bir-birilərilə uyğun gəlməyən mövqelərini müzakirə edəcəklər.

Onların əldə edəcəyi hər hansı irəliləyiş ya Donbasda sülhə yaxın vəziyyətin yardılacağını ya da oradakı vəziyyətin Avropanın yeni donmuş münaqişəsinə çevrilib-çevrilməyəcəyini müəyyən edə bilər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO