Sosial 14.12.2019 20:44

Səxavət Məmmədovun Amerikadakı yadigarı - FOTO

 

Azərbaycan ifaçılıq sənətinin zirvəsində yer alan xanəndələrdən biri də Səxavət Məmmədov idi. Cəmi otuz yeddi il yaşasa da sənəti ilə ölməzlik qazanan sənətkarlardan biri oldu. İyirmi səkkiz ildir ki, aramızda yoxdur. Fəqət adı bu gün də ehtiramla çəkilir, ruhuna rəhmət oxunur. Səsində, avazında yaşayan bu sənətkarın xalq tərəfindən dəyəri verilsə belə, hələ də dövlət tərəfindən heç bir təltifi olmayıb. Təcrübədə vəfatından sonra müxtəlif fəxri adlarla, orden və medallarla təltif olunan mərhumlar az olmayıb. İnanıram ki, nə vaxtsa ölkə rəhbəri Səxavət Məmmədovu sağlığında haqq etdiyi “Azərbaycanın xalq artisti” fəxri adına layiq görəcək…

Bəli, bu gün sizə xalqımızın sevimli oğlu, ustad sənətkar Səxavət Məmmədovun yadigarlarından biri- ABŞ-ın Merilənd ştatında yaşayan Bəxtiyar Məmmədovdan söhbət açmaq istəyirəm.
Çox istedadlı, bacarıqlı, iradəli insandır. Səkkiz yaşından AzTv-də yayımlanan “Sehirli güzgü” verilişində aparıcılıq edib. Bir müddət sonra “Məktəblilərin Tusi klubu” verilişini aparıb. 1992-ci ildən 2002-ci ilədək UNİCEF-in xətti ilə hər ilin dekabr ayında ölkəmizdə keçirilən Uşaqların Televiziya və Radio Gününə həsr olunmuş altı saatlıq canlı televiziya verilişinin iki aparıcısından biri olub. Yeri gəlmişkən, həmin verilişdə ölkə rəhbəri şəxsən iştirak edirdi. Bundan əlavə o, məşhur “Yuxu” bədii filmində aktyorluq da edib, Bədəl roluna çəkilib…

Bəxtiyar 1984-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Bir yaşı olanda Bakıya köçüblər. Orta təhsilini 1991-ci ildə 52 saylı orta məktəbdə başlasa da, 2001-ci ildə 43 saylı litseyi fərqlənmə attestatı ilə başa vurub. Yüksək balla BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisasına qəbul olunub. 2005-ci ildə oranı bitirdikdən sonra Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının magistraturasında təhsilini davam etdirib. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsini alaraq, vətənə dönüb. 2008-ci ildək BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə təhsil alıb və daha bir magistr diplomuna yiyələnib.
2007-ci ildə test imtahanlarından uğur qazanaraq, Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. Bir il sonra yenidən imtahan verərək diplomatik ataşe ranqına yüksəlib. 2010-cu ilin sentyabrınadək nazirliyin 2-ci ərazi idarəsində diplomatik ateşe vəzifəsində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin konsulluq məsələləri üzrə 3-cü katibi olub. 2013-2015-ci illərdə XİN-in Yaxın Şərq və Afrika ölkələri idarəsində 2-ci katib işləyib. 2015-2018-ci illərdə Azərbaycanın İtalyadakı səfirliyində konsulluq məsələləri üzrə 2-ci katib vəzifəsində çalışıb. 2018-ci ildən Amerikada yaşayır…

…Ömür-gün yoldaşı Səkinə xanım Məmmədova ixtisasca tarixçidir. İki övladı var. Oğlu Cüneyd 8, qızı Eskinaz 5 yaşındadırlar…

Bəxtiyar ABŞ-a rahat yaşamaq, var-dövlət sahibi olmaq eşqi ilə gəlməyib. O, buraya təhsilini davam etdirmək, daha mükəmməl savada yiyələnmək üçün üz tutub. Hazırda Vaşinqton Universitetində növbəti magistr (MBA üzrə) təhsilini alır. 2021-ci ildə oranı bitirib, sənədlərini doktoranturaya təqdim etməyi planlaşdırır…

Arzuları çoxdur. Qarabağın işğaldan azad olunması, övladlarını cəmiyyətə yararlı insan kimi yetişdirməsi onun ən böyük arzularındandır. Daha böyük nailiyyətlər qazanıb, ətrafına yardım etmək, ehtiyacı olanlara əl tutmaq istəyir. Musiqini çox sevir. Pianoda, tarda ifa etməkdən yorulmur. Səyahət etməyi, müxtəlif ölkələrin muzeylərində olmağı xoşlayır…

Deyir ki,- “Harada olsam da özümü Azərbaycanın bir zərrəsi hesab edirəm. Mənim üçün vətənim dünyanın ən gözəl məkanıdır. Qoy, xalqımın başı həmişə uca olsun!”…

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO