Gündəm 16.12.2019 10:38

FHN işçilərinin peşə bayramıdır - VİDEO

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.

Rakus.az FHN-nin rəsmi saytına istnadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.

Ötən 2019-cu il ərzində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların peşəkar hazırlıq səviyyəsinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyətin davam etdirilməsinə şərait yaradıb.

Belə ki, 2019-cu ilin 11 ayı ərzində müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olub.

Respublikada 15638, o cümlədən Bakı şəhərində 4266 yanğın hadisəsi qeydə alınıb. Onlardan 21 yanğın hadisəsi yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 47 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 6 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. Əməkdaşların şücaəti səyəsində ümumilikdə 1472 hektara yaxın taxıl zəmisi, həmçinin, 400 min kvadratmetrdən artıq tikili sahəsi yanğından mühafizə olunub, meşəlik ərazilərdə baş vermiş yanğınlar Aviasiya dəstəsinin təyyarə və helikopterləri, Mülki müdafiə qoşunları və regional mərkəzlərin qüvvələri cəlb edilməklə geniş ərazilərə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.

Ümumilikdə, yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, 276 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Həmçinin, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 50 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 74 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilib, həlak olmuş 40 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, təhlükəli meteoroloji hadisələr, intihara cəhdin qarşısının alınması, mənzilə qaz sızması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1392 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 467-si uşaq olmaqla 1584 nəfər zərərçəkmiş xilas olunub, 35 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, 81 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən və bağlı qapı arxasından çıxarılıb.

Bundan başqa, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla cəmi 261 nəfər vətəndaş xilas edilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin layiqincə icrası məqsədilə fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO