Hərbi 17.12.2019 19:00

Müdafiə Sənayesi Nazirliyi işçiləri peşə bayramını qeyd etdilər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə əsası qoyulmuş 17 dekabr – Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olunub.

Rakus.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, bu əlamətdar gün münasibətilə nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Nazirliyin kollektivi daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbirin rəsmi hissəsi nazirliyin akt zalında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Nazir Mədət Quliyev mərasimdə çıxış edərək bütün şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin SSRİ dağılmamışdan əvvəlki dövrlərdə də gələcək müstəqil Azərbaycan dövlətinin yaranmasını düşünərək respublika həyatının bütün sahələrində əvəzsiz işlər gördüyünü xüsusi qeyd edən nazir bugünkü güclü Azərbaycan Respublikasının təməlində Ulu Öndərimizin Vətəninə və xalqına olan sevgisinin dayandığını bildirib. Mədət Quliyev qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında xaos və anarxiyanın hökm sürdüyü ağır dövrdə böyük xilaskar Heydər Əliyev xalqını tək qoymayaraq Bakıya gəlib və göstərdiyi misilsiz xidmətlər sayəsində ölkənin möhkəmlənməsi və dünyada tanınması üçün var qüvvəsi ilə çalışıb. Nazir Ulu Öndərin layiqli davamçısı, müasir dövrün yeni lideri olan Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə çoxsaylı uğurlara imza atdığını, Azərbaycanın regionda güc sahibinə çevrildiyini və beynəlxalq nüfuzunun artdığını vurğulayıb.

Bu il Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 14 il keçdiyini qeyd edən Mədət Quliyev Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verildiyini vurğulayıb.

Daha sonra Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan qabaqcıl işçilər döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul ilə mükafatlandırılıb.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO