Mədəni 20.12.2019 01:12

Vokalçılarımız Latviyada uğura imza atdılar - FOTO

Latviyanın paytaxtı Riqada hər il olduğu kimi, bu il də gənc vokalçıların “Riga Symphony” adlı müsabiqə-festivalı keçirilib.

Rakus.az xəbər verir ki, səkkizinci dəfə təşkil olunan bu müsabiqəyə 21 ölkəni təmsil edən 300 nəfərdən çox iştirakçı qatılıb. Müsabiqə 5-25 yaşarası vokalçılar üçün bütün mümkün nominasiyalar üzrə keçirilir. Burada vokal sənətinin əsas istiqamətləri – akademik vokal, jazz, pop, xalq ifaçılığı təmsil olunub. Bu il “Diamond voice” nominasiyası, habelə xor və ansambl ifaçılığı üzrə yarışma da ümumi proqrama əlavə olunub.

Müsabiqənin “Gənc istedadların kökləri” nominasiyası isə valideynləri öz bacarığını sərgiləmək imkanı yaradacaq.

Festivalın yaradıcısı və bədii rəhbəri, bəstəkar, pedaqoq, prodüser, “Pumpurini” uşaq vokal və rəqs studiyasının direktoru Helena Lorena Şvilpedir.

Ölkəmizi bu müsabiqədə İsgəndər Həsənzadə, Nəzrin Həsənzadə və Nəfisə Akiyeva təmsil edib. Təmsilçilərimiz bu dəfə də müsabiqənin qızıl və bürünc medalını əldə ediblər.

Azərbaycanın Latviyadakı səfirliyində təşkil olunan görüşdə səfir Cavanşir Axundov gənc ifaçıları uğurlu çıxışları münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Səfir vurğulayıb ki, bu gün Azərbaycanda gənclərin təlim-tərbiyəsi, ən yaxşı təhsil ocaqlarında oxuması üçün yaxşı şərait yaradılıb. Sonda gənc artistlərə xatirə hədiyyələri təqdim olunub.

Müsabiqənin münsiflər heyətində təmsil olunan Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadə təəssüratlarını bölüşərək deyib: “Mənim bu gözəl müsabiqəyə qatılmağımda müəyyən qanunauyğunluq var. “Simfoniyanın fəzası” kitabımda mən 60-80-ci illər Azərbaycan simfoniyasının inkişafında əsas təmayülləri nəzərdən keçirirəm. “Simfoniya” sözü “həmsəda” kimi tərcümə olunur. Riqada elə müxtəlif sədaların ahənginin şahidi olduq. Müxtəlif dillər, ənənələr, üslublar, temperamentlərin bir araya gəlməsi əsrarəngiz polifoniya yaratdı. Mən “Riga Symphony” müsabiqəsini Şərq xalçası ilə də müqayisə edərdim. Bu xalçanın hər bir naxışı gözəl və orijinaldır. Bir yerdə həmin naxışlar valehedici al-əlvan panno əmələ gətirir. Festivala İtaliya, Rusiya, Çexiya, Qazaxıstan, Belarus, Litva, Bolqarıstan, Portuqaliya, Polşa, Kuba, Moldova, Ukrayna, Estoniya, Malta və başqa ölkələri təmsil edən ali peşəkarlar təşrif buyurmuşdu. Önəmlidir ki, onların əksəriyyəti iştirakçıları öz müsabiqələrində görmək arzusunu ifadə etdilər”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO