Elm və təhsil 19.12.2019 09:55

Ruhu cavan, özü müdrik professor - FOTO

Bakı. Rakus.az
Çalışdığım kollektivdə bəzən fakültəmizin hazırkı müəllimləri, mövcud şərait haqqında danışıram. Həmin söhbətlər zamanı bütün əməkdaşlar işlərini yarımçıq qoyaraq, söhbətə qoşulur, nostalji anlar yaşayırlar. Öz tələbəlik vaxtlarını, müəllimlərini xatırlayırlar. Qəribədir ki, hər kəsin adını əziz tutduğu, daim xoş xatirələrlə haqqında danışdığı professorlardan biri təxminən 50 ildir ki, həm müəllim, həm də jurnalist kimi öz peşəsinin öhdəsindən layiqincə gələn, ləyaqətini həmişə uca tutan Akif müəllimdir. O Akif müəllim ki, vaxtı ilə Murad Fərzəliyev, Rəşad Məcid, Məzahir Süleymanzadə… kimi redaktorlara, peşəkar jurnalistlərə dərs keçirdi. Bu gün isə bizə jurnalistikanın sirlərini öyrədir.
Image result for Akif Rüstəmov
BDU-nun Jurnalistika fakültəsinin hörmətli, sayılıb-seçilən müəllimlərindən olan Akif Rüstəmovun tədris etdiyi fənlərdən biri birinci kurslar üçün nəzərdə tutulan “Jurnalistikanın əsasları”dır. Etiraf etmək lazımdır ki, Akif müəllimin işi digərlərinə nisbətən daha çətindir. Məhz o, bu vaxta kimi jurnalistika sahəsində heç bir təcrübəsi, biliyi olmayan gənclərə gələcəkdə çalışacaqları peşənin səviyyəvi xüsusiyyətlərindən danışır. Onlara jurnalistikanın tarixi, funksiyaları, prinsipləri haqqında ilkin məlumat verir. Başqa sözlə desək, haqqında çoxdan eşitdiyim, üç ildir şəxsən tanıdığım müəllimimiz uzun və dolanbaclı yolda gənc tələbələrin əlləridən tutan, onlara yol göstərən ilk şəxslərdəndir. Professorun tələbələrə aşıladığı ən ali keyfiyyətlər isə, şübhəsiz ki, sadəlik, mehribanlıq və humanistlikdir. O, bunu özünün şəxsi nümunəsində bacarır. Bəli, nəinki bacarıqlı müəllim, həm də ən yüksək keyfiyyətlərə malik əsl insandır Akif Rüstəmov. Bunu Akif müəllim haqda təkcə mən yox, eləcə də, jurnalistika fakültəsinin bütün müəllim tələbə kollektivi, Azərbaycan milli mətbuatının ən tanınmış simaları deyir.
Bu gün Akif müəllimin ad günüdür. Ömrünün növbəti baharına başladı, yeni yaşına qədəm qoydu. Ancaq daha əhəmiyyətli məqam ondan ibarətdir ki, Əli müəllimin də dediyi kimi, Akif Rüstəmov ruhən həmişə cavandır. Mən də bir tələbəsi  kimi ruhu cavan, özü müdrik müəllimimi təbrik edir, ona ən xoş arzularımı çatdırıram.
Ad gününüz mübarək, əziz müəllim!
Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO