“Nəsimi”nin yeni versiyası dekabrın 20-də təqdim olunacaq - VİDEO
Ustad İmadəddin Nəsimi haqqında “Azərbaycanfilm”də ekranlaşdırılan “Nəsimi” filmi bərpa edilib.
Rakus.az xəbər verir ki, “Balans” Milli Rəqəmsal Bərpa studiyasından məlumat verilib. Film şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə yenilənib. “Nəsimi” filminin Balans studiyasında yenilənmiş versiyasına dekabrın 20-də saat 19:00-da “Nizami” kinoteatrında baxış təşkil ediləcək.
Xatırladaq ki, tammetrajlı bədii filmi İsa Hüseynovun senarisi ilə rejissor Həsən Seyidbəyli 1973-cü ildə ekranlaşdırıb.
Əsas rollarda Rasim Balayev, Yusif Vəliyev, Xalidə Quliyeva, Muxtar Maniyev və başqaları çəkiliblər.
Onu da bildirək ki, balans studiyası bundan əvvəl Tofiq Tağızadənin “Mateo Falkone”, Ağarza Quliyevin “Ulduz” bədii filmlərini bərpa edib.