Sosial 20.12.2019 17:17

Bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıldı

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.

Rakus.az xəbər verir ki, İcmadan daxil olan bəyanatda deyilir: “2019-cu il dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.

Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir. Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib.

Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb.

Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalına son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar. Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruçuluq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər. O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO