Riad Məmmədov “Min bir gecə” silsiləsindən ilk konsertini verdi - FOTO
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarskiy oqorod” oreranjerayasında Riad Məmmədovun “Min bir gecə” silsiləsindən ilk konserti olub.
Rakus.az xəbər verir ki, azərbaycanlı musiqiçi, pianoçu, musiqişünas, caz və klassik musiqi ifaçısı Riad Məmmədovun və onun caz triosunun dörd konserti çərçivəsində XX əsr musiqisinin tarixindən söhbət açılacaq. Bu musiqili hekayətlər yeni musiqinin yaradılmasında mühüm rol oynamış bəstəkar və ifaçıların dünya duyumları, onlarla bağlı hekayətlər əks olunacaq.
Bu silsilədən “Birinci gecə – NARDİS” adlı konsertdə trionun ifasında caz balladaları səslənib. “NARDİS” XX əsrin əlamətdar hadisələrindən biri olan cazın qabaqcadan hiss edilməsi, caza Şərq baxımından münasibət barədə hekayətdir. Riad Məmmədovun yaratdığı yeni saund-konsepsiya Şərqin Qərb prizmasından başa düşülməsi üçün bir növ açar olub.
Gələn il fevral ayında təqdim olunması nəzərdə tutulan ikinci konsert caz-muğama həsr ediləcək.