İdman 10.04.2019 02:41

“Liverpul” və “Tottenhem” qələbə qazandı - FOTO - VİDEO

UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün dörddəbir final mərhələsinə aprelin 9-da start verilib.

Rakus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son finalçısı İngiltərənin “Liverpul” komandası doğma azarkeşlər önündə Portuqaliyanın “Porto” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yurgen Klopun yetirmələrinin heyətində Nəbi Keyta (5) və Roberto Firmino (26) fərqləniblər.

Bu komandalar ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında qarşılaşıblar. İngilislər ötən mövsüm səkkizdəbir final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salahla Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.

Xatırladaq ki, “Liverpul” səkkizdəbir finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə “Roma” (İtaliya) səddini adlayıb (1:2, 3:1).

Günün digər oyununda iki ingilis klubu qarşılaşıb. “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gəlib.

“Tottenhem Hotspur”da baş tutan görüşdə London təmsilçiləri minimal hesabla qələbə qazanıb – 1:0. Görüşdə yeganə qolun müəllifi 78-ci dəqiqədə Heung-Min Son olub. Matçın 13-cü dəqiqəsində “Mançester Siti”nin hücumçusu Serxio Aquera 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.

Xatırladaq ki, hər iki kollektiv səkkizdəbir finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular “Borussiya Dortmund”dan (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) üstün olublar.

1/4 final mərhələsinin daha iki ilk oyunu aprelin 10-da keçiriləcək. Hollandiyada “Ayaks” İtaliya “Yuventus”unu, İspaniyada isə “Barselona” İngiltərə “Mançester Yunayted”ini qəbul edəcək. Cavab görüşləri 16-17 apreldə olacaq.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) – 1:0

Qol: Son Hın Min, 78

Dəqiq yerinə yetirilməyən penalti: Serxio Aquero, 13 (“Mançester Siti”)

Baş hakim: Byorn Keypers (Hollandiya)

London. “Tottenhem” stadionu

23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) – 2:0

Qollar: Nəbi Keyta, 5. Roberto Firmino, 26

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Liverpul. “Enfild” stadionu.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO