Sosial 23.12.2019 13:52

Salyanlı seçicilər bələdiyyə seçkilərində fəallıq göstərirlər - FOTO

Salyanda keçirilən bələdiyyə seçkilərində seçicilərin siyasi iradələrini azad və sərbəst ifadə etmələri üçün bütün məntəqələrdə nümunəvi şərait yaradılıb.

Rakus.az xəbər verir ki, rayonda bələdiyyə seçkiləri iki dairə üzrə keçirilir. 59 saylı Salyan şəhər və 60 saylı Salyan-Neftçala seçki dairələrində 79 seçki məntəqəsi fəaliyyət göstərir və seçici siyahılarına, ümumilikdə, 78 min 656 seçici daxil edilib. Səsvermənin gedişini hər məntəqədə orta hesabla 9-11 müşahidəçi izləyir. Hər iki dairə üzrə məntəqələrdə seçicilərin iradəsini sərbəst və azad ifadə etməsi üçün lazımi şərait yaradılıb.

59 saylı Salyan seçki dairəsinin nəzdində fəaliyyət göstərən 3 saylı şəhər seçki məntəqəsində bunların bir daha şahidi olduq.

Səhər saat 8.00-da məntəqə seçki komissiyasının sədri Aynur Ələsgərova yerli müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında məntəqə seçki komissiyasının üzvü qarşılayaraq ultra-bənövşəyi rəngli fənərlə seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları içəri buraxırdı. Səsvermənin gedişini 9 yerli müşahidəçi izləyirdi.

Seçki məntəqəsində səsvermə hüququndan ilk dəfə istifadə edən gənc seçici Şahinə Kərimovadan təəssüratlarını öyrəndik: “İlk dəfədir ki, seçkilərdə iştirak edirəm. Səsverməyə gələndə həyəcanlı idim. Bu gün keçirilən seçki dövlətimizin həyatında ciddi hadisədir. Heç bir təsir və təzyiq olmadan azad şəkildə fikrimi ifadə etdim və istədiyim namizədə səs verdim”.

Şəhər sakini Mahir Qasımov da söhbətimizə qoşuldu. O, seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə keçirilməsi üçün lazımi şərait yaradıldığını bildirdi.

Məntəqədə bülleteni qutuya ilk atanlardan olan təqaüdçü, 82 yaşlı şəhər sakini Afət Ələkbərov söhbətə qoşularaq dedi ki, bütün həyatı boyu keçirilən seçkilərdə iştirak edib. O, səsvermədə iştirak etməyi vətəndaşlıq borcu sayaraq, digər sakinləri də bu prosesdə fəal olmağa səsləyib.

Məntəqədə müşahidəçi missiyasını yerinə yetirən Ülviyyə Şıxlarova da səsvermənin böyük fəallıqla, azad və şəffaf keçirildiyini, hər hansı bir qanun pozuntusuna yol verilmədiyini bildirdi.

Məntəqə seçki komissiyasının sədri Aynur Ələsgərovanın verdiyi məlumata görə, məntəqədə 1127 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 16 nəfəri ilk dəfə səs verənlərdir.

Aran bölgəsində fəaliyyət göstərən 46 saylı Şirvan, 58 saylı Hacıqabul–Kürdəmir, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad-1, 64 saylı Sabirabad-2, 65 saylı Saatlı–Sabirabad–Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı İmişli–Beyləqan və 120 saylı Cəbrayıl- Qubadlı seçki dairələrinin əhatə etdiyi məntəqələrdə də səsvermə azad və demokratik şəraitdə keçir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO