Mətbuat 25.12.2019 13:59

Yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar – MTRŞ

“Aparılan monitorinqlər ümumilikdə 2019-cu ili teleradio yayımı sahəsində inkişaf ili kimi dəyərləndirməyə imkan verir”.

Rakus.az xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, xüsusilə də yayımçıların proqram səbətlərində maarifləndirici layihələrin, geniş spektrli aktual ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin, publisistik layihələrin, tok-şouların artımı özünü göstərib.

Şöbə müdirinin sözlərinə görə, bu isə milli teleradio proqramlarına yerli tamaşaçının marağının artması ilə nəticələnib. 

“Həmçinin müşahidələr onu göstərir ki, maarifləndirici layihələrin, tok-şouların artması bir növ, şou-biznes layihələrini, əyləncəli verilişləri kölgədə qoyub. Teleradio yayımı sahəsində müsbət mənzərənin formalaşmasında dövlət büdcəsindən maliyyələşən yayımçılarla yanaşı, özəl yayımçıların da mühüm rolu vardır. Belə ki, özəl telekanalların efirində yayımlanan  “Yol əhvalatı”, “Əsgər”,  “Marş irəli”, “Yadındamı”, “Rezonans”, “İnam”, “Mövqe”, “Panoram”, “Sirdaş” və s. kimi maarifləndirici veriliş və tok-şoular geniş tamaşaçı marağına səbəb olub. Bundan başqa, Real TV və ARB24 kimi tematik yayım həyata keçirən kanalların fəaliyyəti də müsbət mənada seçilib. Bütün bunlarla yanaşı, il ərzində teleradio yayımı haqqında qanunvericiliyin pozulması halları da az olmayıb. Yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar. Bəzi hallarda isə qanunvericiliyin milli-mənəvi dəyərlərlə bağlı tələblərinin pozulması halları da müşahidə edilib”, – deyə T. Dadaşov vurğulayıb. (apa.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO