Sosial 25.12.2019 16:24

Sağlam qida, sağlam həyat, sağlam millət, sağlam gələcək

 

SAĞLAM CƏMİYYƏT UĞRUNDA

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də çox əsrlik milli mənəvi dəyərlərimizin təbliği ilə də bağlıdır. Ümummilli Lider Heydər Əliyevin milli dəyərlərimizlə bağlı söylədiyi bu sözlər hər bir Azərbaycanlı üçün örnək olmalıdır – Bizim hamımızın bir vətəni var – bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.
Məhs bizim də ilk tədbirimizin bununla başlamasının əsas səbəbi Ulu Öndərimizin dediyi kimi mənəvi dəyərlərimizi təbliğ etməklə xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etməkdir.
Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Apardığımız araşdırmalardan və bir çox tarixi mənbələrdən görürük ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşadığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı. Bu kodeks haqqında məlumatı “Dədə Qorqud” (XI əsr) və “Koroğlu” (XVI əsr) kimi türk dastanlarından almaq olar. Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqımıza mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri tariximizi, mənəvi dəyərlərimizi əks etdirən, bizi dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir.
Azərbaycan milli mətbəxinin tarixi də xalqımızın tarixi qədər qədim və zəngindir. Bir sıra tarixi mənbələrdə qeyd olunur ki, hələ neolit dövründə buğda, arpa və çəltik əkib-becərən yerli əhali ondan müxtəlif qida məhsulları hazırlayırdı. Tunc dövründə maldarlığın inkişafı, qədim mətbəximizi müxtəlif süd məhsullarının köməyi ilə bir qədər də zənginləşdirdi. Maddi mədəniyyətimizin əsas hissələrindən olan mətbəximiz, mətbəx mədəniyyətimizi, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, gigiyenasını, estetikasını özündə birləşdirir.
Yuxarıda qeyd etdiyimiz kimi bu mövzunun daima aktuallığını nəzərə alaraq “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi əsas fəaliyyət istiqamətlərindən biri kimi bu sahəyə xüsusi diqqətlə yanaşaraq ilk tədbirini məhs bu mövzuya aid olan “SAĞLAM QİDA, SAĞLAM HƏYAT, SAĞLAM MİLLƏT, SAĞLAM GƏLƏCƏK” ŞÜARI İLƏ “MİLLİ MƏTBƏXİMİZİN ZƏNGİNLİYİ TARİXİMİZDİR” adlı geniş tədbir keçirdi. Qədim Şəki şəhərində keçirilən tədbirdə xalqımızın bir sıra ziyalıları, QHT və KİV rəhbərləri, nümayəndələri eləcə də ictimaiyyətin digər nümayəndələri iştirak etdi.
SAĞLAM İNSAN, SAĞLAM VƏTƏNDAŞ, SAĞLAM DÜŞÜNCƏ, SAĞLAM CƏMİYYƏT. Milli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir.
Azərbaycan xalqının milli dəyərlərinin qorunması dünya qlobalizasiya mühitində dünya mədəniyyətinə bəxş etdiyi çox saylı mənəvi dəyərlər və milli mədəniyyət nümunələri Azərbaycanın bütün bölgələrində olduğu kimi qədim tarixi olan Şəkidə də kifayət qədərdir. Bunlardan biri cari ilin iyunun 7-də “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun ümumdünya irs siyahısına daxil edilmişdir.
Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalar mətbəxi ilə çox bağlıdır. Milli təhlükəsizlik konsepsiyasının çox vacib elemenlərindən biri də təsadüfi deyil ki, qida təhlükəsizliyilə bağlıdır.
“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi milli mənəvi dəyərlərimizin təbliği ilə bağlı təbliğatını davam etdirərək növbəti tədbirinidə Azərbaycanımızın qədim dilbər güşələrindən biri olan Lənkaran şəhərində keçirəcək.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO