Sosial 26.12.2019 16:13

Milli mətbəximizin zənginliyi tariximizdir

 

Milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Bu gün bu mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi bununla əlaqədar olaraq Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki şəhərində Xan sarayında Şəkinin mədəniyyət və istirahət guşələrinin birində görüşlər keçirilib. Sonra “Milli mətbəximizin zənginliyi tariximizdir” adlı tədbir “Marxal” İstirahət Kompleksinin konfrans zalında davam etdirilib.
Tədbirdən öncə qonaqlar Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olan Şəki Xan Sarayı ilə tanış olublar.
Tədbirdə çıxış edən “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev bildirib ki, sağlam insan, sağlam vətəndaş, sağlam düşüncə, sağlam cəmiyyət milli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir.
Azərbaycan xalqının milli dəyərlərinin qorunması dünya qlobalizasiya mühitində dünya mədəniyyətinə bəxş etdiyi çox saylı mənəvi dəyərlər və milli mədəniyyət nümunələri Azərbaycanın bütün bölgələrində olduğu kimi qədim tarixi olan Şəkidə də kifayət qədərdir. Bunlardan biri cari ilin iyunun 7-də “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun ümumdünya irs siyahısına daxil edilmişdir.


Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalar mətbəxi ilə çox bağlıdır. Milli təhlükəsizlik konsepsiyasının çox vacib elemenlərindən biri də təsadüfi deyil ki, qida təhlükəsizliyilə bağlıdır.
R. Quliyev çıxışında həmçinin rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti, gələcək planları, qarşıda duran vəzifələrdən də danışaraq ətraflı məlumat verib.
Sonra Heydər Əliyev Mərkəzinin Şəki bölməsinin, Şəki “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğunun, Şəki şəhər “Sənətkarlar Evi” nin sədrləri Rəşadət Sadıqov, Yusif Məmmədov, Mənsur Əlizadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölməsinin əməkdaşı Samir Salehov çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı görülən işlərdən danışıblar. “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri Kəmalə xanım Muradlı, “Elin Səsi” Milli Dəyərlərimizə Dəstək” Təşkilatının təmsilçisi Ziya Yaqublu, yenilik.az və aydınlıq.az saytlarının baş redaktoru Xanlar Fətullayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova, “Simurq Azərbaycan” Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Svetlana Bayramova tədbir barədə öz fikirlərini bildiriblər.
Tədbirdə SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev, QHT təşkilatlarının və Kütləvi İnformasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rəvan Bağırov,

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin Ofis rəhbəri

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO