Təhlil 26.12.2019 23:39

“Sonsuz müharibələr” – Trampın İŞİD qorxusu – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp seçki kampaniyasını Birləşmiş Ştatları “sonsuz müharibələrdən” çıxarmaq vədi ilə aparmışdı. Amma hələ ki, xaricdə, təxminən, 200 min ABŞ əsgəri xidmət göstərir. Bundan əlavə, hazırda Yaxın Şərqdə Tramp vəzifəyə gələn zamandan daha çox qoşun var.

Rakus.az xəbər verir ki, Prezident Donald Trampın oktyabr ayında ABŞ qüvvələrini Suriyanın şimal-şərqindən çıxarmaq qərarından sonra ərazidə yaşanan iğtişaş Türkiyənin regionda kürdlərə qarşı hərbi əməliyyat başlatmasına gətirib çıxardı.

Bundan bir neçə həftə sonra Pentaqonun yaydığı hesabatda bildirdi ki, ABŞ-ın ərazidən çıxmaq qərarı İŞİD terror qrupunun yenidən ortaya çıxmasına imkan yaradıb.

“Bizim Suriyada bügünkü mövqeyimiz Prezident Donald Trampın Prezident Ərdoğanla razılıq əldə etdiyindən əvvəlki zamanla müqayisədə daha zəif, daha mürəkkəbdir”,- Yaxın Şərq İnstitutundan Ceral Fayerstin bildirir.

Tramp Suriyadan çıxardığı bəzi qoşunları İraqa yerləşdirib. İndi İraqda altı minə yaxın Amerika əsgəri var.

Amma o, Suriyadakı neft yataqlarının İŞİD-in əlinə keçməsinin qarşısını almaq məqsədilə bir neçə yüz əsgəri Suriyada saxlayıb.

İŞİD İraq və Suriyada ələ keçirdiyi ərazilərin böyük hissəsini itirib. Lakin terror və zorakı radikallıq hələ də ciddi təhlükə olaraq qalır.

Buna baxmayraq prezident tez-tez İŞİD-ə qarşı mübarizədə və onun lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsində müvəffəq olmağı ilə lovğalanır.

O bu barədə noyabr ayında Əfqanıstandakı qoşunları sürpriz ziyarəti zamanı da bəhs edib.

“İŞİD-in Suriyadakı xəlifəliyi artıq bizimdir. Əbu Bəkr Əl-Bağdadi ölüb”, o deyib.

Əfqanıstandan iki min qoşun çıxarılıb, 12 min qoşun isə hələ də orada qalır.

Talibanla sülh danışıqları isə hələ də davam etdirilir.

“Biz razılıq və ya tam qələbə əldə edənədək orada qalacağıq. Onlar razılıq əldə etməyi çox istəyir”,- Tramp söyləyib.

Tramp seçki kampaniyasında həmçinin Tehrana qarşı daha sərt mövqe sərgiləyəcəyini vəd etmişdi. Daha sonra isə o, nüvə razılığından geri çəkilməsinin ardınca İrana qarşı sanksiyalar tətbiq etdi.

Prezident sentyabr ayında Səudiyyə Ərəbistanında neft yataqlarına hücumdan sonra Səudiyyə Ərəbistanına üç min qoşun göndərib. Riyad bu hücuma görə İranı günahlandırıb. Bundan bir neçə ay öncə isə Tramp Konqresdə hər iki partiyanın Vaşinqtonun Səudiyyə Ərəbistanın Yəməndə apardığı müharibəyə dəstəyinə son qoymaq səylərinə veto qoyub. Tənqidçilər deyir ki, onun bu addımları aydın xarici siyasəti əks etdirmir.

“Bizim bu münaqişəyə son qoymaqla bağlı aydın strategiyamız yoxdur. Yəni regiondakı problemlər həqiqətən də ciddidir və biz İordan çayının qərb sahili və Fələstin məsələrində tərəf olmaqla bu problemləri daha da mürəkkəbləşdirmişik və sülhün əldə olunması üçün açıq plan tərtib etməmişik”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Antoni Kordesman deyib.

Bu arada ABŞ Cənubi Koreyada Şimali Koreyadan gələn təhlükənin qarşısını almaq məqsədilə 28 min qoşun yerləşdirib. Trampın Kim Conq Unla apardığı danışıqlar Pxenyanın raket sınaqlarına son qoymasına gətirib çıxarmayıb. Şimali Koreya rəsmiləri hətta ilin sonunadək ABŞ-a “Milad hədiyyəsi” verəcəklərinə söz verib.

“Kim Conq Un Trampın diqqətini cəlb etməyə çalışır, çünki o, ABŞ bürokratiyasının hər hansı razılığa Trampdan daha çox ehtiyatla yanaşdığını dərk edir”,-Brukinqs İnstitutundan Maykl O`Hanlon bildirib.

ABŞ silahlı qüvvələrinin 1,3 milyon üzvündən, təxminən, 200 mini dünya boyu səfərbər olunub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO