Təhlil 28.12.2019 23:39

Netanyahunu devirmək hədəfi – Baş tutmayan oyun – TƏHLİL - FOTO

Məlumdur ki, İsrailin hakim Likud Partiyası cümə axşamı praymeris keçirib.

Rakus.az xəbər verir ki, bu, ilk dəfədir 10 ildən çoxdur hakimiyyətdə olan baş nazir Benyamin Netanyahuya partiya daxilində meydan oxunur.

Siyasətçi Gideon Saar Netanyahunu əvəzləyəcəyinə ümid edir, çünki mart ayında keçiriləcək ümummilli seçkilərdə birlik hökumət qurmaq şansının daha yüksək olduğunu düşünür, çünki Netanyahu bu il keçirilən iki seçkin sonra hökümət yarada bilməyib.

Netanyahu ilə bağlı korrupsiya ittihamlarının olmasına baxmayaraq o, Likud üzvləri arasında populyar olaraq qalır. 1970-ci illərdə qurulduğu gündən bəri cəmi dörd lideri olan bu sadiq partiyanın üzvləri uzun müddətdir partiyanın lideri olan Netanyahunun arxasında möhkəm dayanıb. Netanyahunun Saarı asanlıqla məğlub edəcəyi gözlənilir və bu qələbə onun növbəti ümummilli səsvermədə gücünü artıra bilər.

“Mən illərdir sevimli ölkəm və sizin üçün çalışıram. İndi mənim sizin dəstəyinizə ehtiyacım var ” deyə, Netanyahu Facebook səhifəsində yazıb. “Praymerilərdə qələbə mənim Knesset seçkilərində də böyük bir qələbə əldə etməmi təmin edəcək”,- o bildirib.

Likud-un bir neçə üzvünün dəstəyini qazanan Saara dəstək seçkidən öncə bir az artıb. Seçici fəallığının fırtınalı hava səbəbilə aşağı olacağı gözlənilir. Bu isə Saarın xeyrinə ola bilər. Əgər qalib gəlsə, Saar martda keçiriləcək seçkilərdə Likud partiyasının baş nazir vəzifəsinə namizədi olacaq.

Özünü təhlükəsizlik buferi və beynəlxalq diplomatiyanın ustası sayan Netanyahu Saarın təcrübəsiz olduğunu deyir.

Seçki məntəqələri axşam saat 11-də bağlanıb və nəticələr artıq açıqlanıb. Nəticələrə görə, İsrail Baş Naziri Benyamin Netanyahu partiyadaxili seçkidə qələbə çalıb. Bu nailiyyət ona mart ayında keçiriləcək ümummilli seçkilərdə sağçı Likud partiyasının məhz onun rəhbərliyi altında iştirak edəcəyini təmin edir.

Korrupsiya ittihamı ilə qarşılaşan və 12 ayda üçüncü ümummilli seçkiyə qatılan İsrailin ən uzun müddətli baş naziri likudçular arasında 72.5 % səs, rəqibi Gideon Saar isə 27.5 % səs toplayıb.

Bu əhəmiyyətli qələbə onun 20 ildir ki, rəhbərlik etdiyi partiyada mövqeyini daha da möhkəmləndirib.

Netanyahu bu barədə “Tvitter”də yazıb: “Bu böyük qələbədir. Likud üzvlərinə göstərdikləri güvən, dəstək və sevgi üçün minnətdaram”.

“Tanrının və sizin köməyinizlə mən Likudu qarşıdan gələn seçkilərdə böyük qələbəyə aparacağam. İsrail Dövlətinə misli görünməmiş nailiyyətlər qazandırmağa davam edəcəyik”,- o vurğulayıb.

Media şərhçiləri Netanyahunun qələbəsini proqnozlaşdırmışdı, lakin onun bu qədər fərqlə qələbə çalması səs-küyə səbəb olub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO