Mədəni 29.12.2019 01:12

“Nasimi Passion” tamaşasının premyerası oldu - FOTO

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı dövlət səviyyəsində çoxsaylı tədbirlər keçirilib. “Nəsimi ili”nin möhtəşəm yekunu kimi dekabrın 27-də Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkarımız, Azərbaycanın xalq artısti Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub.

Rakus.az xəbər verir ki, məşqləri bir neçə aydan bəri davam edən bu möhtəşəm əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova məxsusdur. Tamaşanın baletmeystri isə istedadlı xoreoqraf Ceyhun Qubadovdur.

Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

“Nasimi Passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Qeyd edək ki, nümayişi Azərbaycan musiqi ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilən “Nasimi Passion” əsərinin ilk premyerası 2017-ci ildə məşhur ingilis dirijor Martin Brabbinsun idarə etdiyi Hollandiyanın Kral Simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə “Amsterdam Royal Concertgebouw” Konsert sarayında olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı (pravoslav, katolik, yəhudilik, buddizm) “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir.

2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilib və “Nasimi Passion” ərsəyə gəlib.

Əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. “Nasimi-Passion”da Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Premyeradan sonra “Nasimi- Passion” kompakt-diskə yazılaraq Avropanın bütün şəhərlərində klassik musiqi həvəskarları üçün satışa çıxarılıb.

Təsadüfi deyil ki, ötən il Beynəlxalq Ağa Xan Fondu (“Aga Khan Foundation”) ilk dəfə musiqi sahəsində təsis etdiyi Beynəlxalq “Aga Khan Music Award” mükafatına bəstəkarlıq sahəsində UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadəni “Nasimi Passion” əsərinə görə layiq görüb.

“Nasimi –Passion ” xoreoqrafik -tamaşasında “Nəsimi” rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Taleh Yəhyayev bu obrazı dərindən öyrənərək, qəhrəmanının vokal hissəsinin müxtəlifliyini və ifadəliyini çatdırmağı bacarıqla canlandırıb.

Firəngiz Əlizadənin orkestr koloriti və aydın ifadəli xor parçası ilə zəngin olan çoxrəngli musiqisi sonadək tamaşaçıları təsirində saxladı, xüsusilə apofeozunda- şairin edam səhnəsində dahi mütəfəkkirin böyüklüyünü əks etdirirdi.

Tamaşaçılar ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edən bu təsirli tamaşanı məmnuniyyətlə izləyərək bəstəkarı və bütün iştirakçılarını uzun müddət alqışladılar.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO