Maraqlı 29.12.2019 08:45

BÜRCLƏR – 29 dekabr

Qoç – Qadınlarla əməkdaşlıq məhsuldar olacaq. Maliyyə məsələlərinin həlli, sənədlərlə iş, hesabatlar və gələcək üçün planların qurulması ilə məşğul olmaq olar. İş ortaqlarınızla aranızda fikir ayrılığı yarana bilər. Onlarla ümumi dil tapıb, güzəşt əldə etmək asan olmayacaq.
İctimai tədbirlərdə iştirak etmək, teatra getmək olar. Yeni tanışlar tapa bilərsiniz. Ehtiyacı olanlara kömək edin, başqalarının həyatı ilə maraqlanın.

Buğa – Hiss edirsiniz ki, çox işin öhdəsindən gələ bilərsiniz. Bu, doğrudan da, belədir. İşsiz oturmayın – könüllü və ya məcburi bekarçılıq sizi əzəcək, kefinizi korlayacaq. Yeni bir şey öyrənmək, biliklərinizi paylaşmaq üçün əla gündür.
İş baxımından bəxtiniz gətirir, bu gün çox sərfəli sövdələşmələr bağlaya bilərsiniz. Planlaşdırılmamış alış-veriş, hətta lazımsız əşyaları alsanız belə, faydalı olacaq.

Əkizlər – Əməkdaşlıq üçün yaxşı gündür. Əvvəllər münasibət qurmaqda çətinlik çəkdiyiniz insanlarla ümumi dil tapa bilərsiniz. Qarşı cinsin nümayəndələri ilə ünsiyyət könlünüzü açacaq.
Maliyyə vəziyyətinizi düzəltmək, gəlir gətirən ideyaları reallaşdırmaq şansları var. Ev üçün əşyalar almaq, tərtibatla məşğul olmaq olar.

Xərçəng – Hətta fikir ayrılıqları yaransa belə, insanlar münaqişələrdən qaçır, münasibətləri qoruyub saxlayırlar.
Evdə səliqə-sahman yaratmaq, bağda işləmək, digər məişət qayğıları üçün münasib gündür. Uğurlu alış-veriş etmək olar. Köçmək, həyat tərzini tamamilə dəyişmək, dostlarla və sevgililərlə əlaqələri qırmaq məsləhət deyil.

Şir – Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm işgüzar, həm əyləncəli səfər üçün münasibdir.
Günorta istirahət üçün vaxt tapın, yoxsa səhhətiniz pisləşə bilər. Televizor, yaxud kompüter monitoru qarşısında çox oturmayın, qaranlıqda oxumayın – gözləriniz ciddi zədə ala bilər.

Qız – Güclüsünüz, özünüzə inanırsınız. Əla əhval və tərəddüdsüz nikbinlik sizi ətrafınızdakıların gözündə çox cazibədar edir. Könüllü köməkçilərin sayı-heabı yoxdur. Odur ki, işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Planlaşdırılmamış, amma çox xoş xərcləriniz ola bilər.
Gözlənilməz görüşlər mümkündür. Kimsə sizi valeh edəcək. Başınızı asanlıqla itirir, emosiyalara qapılır, yeni təəəssüratlar alırsınız. Əyləncəli tədbirlərə getmək, dostlarla birlikdə dincəlmək olar.

Tərəzi – Bu gün baş verən hadisələr arasında heç bir əlaqə nəzərə çarpmır, hətta tamamilə gözlənilməzdirlər. Ancaq şəraiti aydınlaşdırsanız, həm səbəbi, həm də nəticəni tapa bilərsiniz. Düzdür, bu zaman sizin də nədəsə günahkar olduğunuz ortaya çıxacaq. Ola bilsin ki, bu, günün ən çətin anı olsun. Açıq-aşkar olanı inkar etməyi bir kənara qoyduğunuz andan işləriniz düzəlməyə başlayacaq.
Çoxları bu gün sizi tərifləyir, təqdir edir, xoş sözlər deyirlər. Onlara inanmaq olar. Kimsədən bu gün badalaq gözləməyin, insanlara inanın.

Əqrəb – Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı olun.

Oxatan – Şəxsi həyatınızda yenilik edə, yaxud onu tamamilə dəyişə bilərsiniz. Ancaq yaxşı olar ki, tələsməyəsiniz: bu gün qəbul etdiyiniz qərarlar nəinki sizin, hətta yaxınlarınız üçün də vacibdir. Qeyri-adi əşyalar, əntiq mallar, əl işləri almaq olar.

Oğlaq – Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər.

Dolça – Ailə məsələləri, ev problemlərini həll etmək üçün çox yaxşı gündür. Sərtlik və nəzakətsizlik göstərmədən həm özünüzün, həm yaxınlarınızın həyatında səliqə-sahman yarada bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Bir çox Dolçalar üçün gözəl perspektivlər yaranır.

Balıqlar – Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək, qeyri-standart metodlardan yararlanmaq olar. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO